Kalmıklar "Gənc Tamaşaçılar"da tamaşa göstərəcək

Kalmıklar "Gənc Tamaşaçılar"da tamaşa göstərəcək
calendar 2 oktyabr 2015
clock 11:28

Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı 9-11 oktyabr tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxacaq. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə qonaqlar A.S.Puşkinin “Qızıl balıq” və Ə.Əmirlinin “Sevən qadın” tamaşalarını nümayiş etdirəcəklər.

Səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova olan “Qızıl balıq” tamaşasının quruluşçu rəssamı Saqlara Çulkayevadır. Səhnə əsərində Kalmıkiya Respublikasının Əməkdar Artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.

“Sevən qadın” tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Saqlar Çulkayevdır. Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Kalmıkiya Respublikasının Əməkdar Artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.

“Qızıl balıq” tamaşası oktyabr ayının 9-da saat 12:00; 14:00; 16:00-da, oktyabr ayının 10-da saat 10:00; 12:00; 14:00; 16:00; 18:00-da, oktyabrın 11-də saat 10:00; 12:00 və 14:00-da, “Sevən qadın” tamaşası oktyabr ayının 11-də saat 19:00-da nümayiş etdiriləcək.

# 1051 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news