“Qars vətənimdir” sənədli filmi təqdim olundu

“Qars vətənimdir” sənədli filmi təqdim olundu
calendar 26 aprel 2016
clock 15:08

Aprelin 26-da Türkiyənin Qars şəhərində Qafqaz Universitetində EL Televiziya Şirkəti və Nova Gorica Kino Mərkəzinin birgə istehsalı olan “Qars vətənimdir” sənədli filminin təqdimatı keçirilib. Kulisin məlumatına görə film, Qafqaz Universitetin “Fən-Әdəbiyyat fakültəsi”ndə çalışan kimyaçı alim Hacalı Nəcəfoğlunun 60 illik yubileyinə həsr olunub.

H. Nəcəfoğlu 1955-ci ildə indiki Hacıqabul rayonunda anadan olub. Azәrbaycan Dövlәt Universitetinin kimya fakültәsini bitirib. Azәrbaycan Elmlәr Akademiyasının aspirantı olub. Kimya elmlәri doktoru, professordur. 1992-ci ildәn Türkiyәdә çalışan H. Nәcәfoğlu Qars Qafqas universitetindә dәrs verir. Üniversitetin Fǝn-Ədǝbiyyat Fakültǝsi Kimya Bölümü Başqanı olmaqla birlikdǝ hǝmin fakültǝdǝ Qǝrb Dillǝri vǝ Ədǝbiyyatları, Slavyan Dillǝri vǝ Ədǝbiyatları, Çağdaş Türk Lǝhcǝlǝri vǝ Ədǝbiyyatları Bölümlǝrinin qurucu bölüm başqanlıqlarını da icra edib. 2003-cü ildǝn etibarǝn Qafqaz Universiteti Qafqaz vǝ Orta Asya Araşdırma Mǝrkǝzi Müdürü vǝzifǝsini icra edir.

Ötən il yay məzuniyyəti dövründə ana vətəndə olarkən rejissor dostları Tahir Tahiroviç və İqbal Məmmədəliyev H. Nәcәfoğlunun yubileyi münasibәtilә film çәkmәyi qәrara aldılar. Hər iki rejissor rəhbər olduqları media qurumlarının imkanlarını səfərbər etdilər vә filmin çəkilişlərinə start verildi. Çәkilişlәr Bakı, Hacıqabul, Yevlax, Bərdə, Ağdam (Quzanlı) və Qars şəhərlərində qəhrəmanın iştirakı ilə aparılıb. Film EL Televiziya Şirkətinin maddi-texniki bazasında istehsalata buraxılıb. Filmin ssenari müəllifi kino tənqidi sahəsində öz imzası olan Sevda Sultanova, operatoru Faiq Kərimov, rejissor və montaj işi Pərviz Səlimov, sәnәt yönәticisi Tahir Tahirovic, prodüser isə İqbal Məmmədəliyevdir.

Bu, Hacalı Nəcəfoğlunun yaddaş xatirələri və müsahibəsi üzərində qurulan bir ovqat filmidir. Hacıqabulda uşaqlıq illərinə ekskurs, akademik Xudu Məmmədov haqqındakı xatirələri, Bərdə rayonundakı Nüşabə qalasına ziyarət, Yevlaxda Kür sahilindəki düşüncələr və Qars Qafqaz Universitetində elmi tədqiqatlar, dərs prosesi və s. epizodlar qəhrəmanın müsahibəsi üzərində müəyyən ardıcıllıqla düzülərək filmin süjet xəttini təşkil edir.

# 1573 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news