Ölkəmiz Parisdəki moda nümayişində təmsil olunub

Ölkəmiz Parisdəki moda nümayişində təmsil olunub
calendar 7 iyul 2017
clock 10:01

Parisdə “Crillon” mehmanxanasında 20-ci “Oriental Fashion Show” moda nümayişi keçirilib.

Ölkəmizi Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi, rəssam-modelyer, ətriyyatçı Fəxriyyə Xələfova təmsil edib.

Tədbirin aparıcısı Azərbaycanlı modelyeri təqdim edərək onun ölkəmizin zəngin mədəni irsindən ilhamlandığını bildirib. Qeyd edib ki, Türkiyədə Xüsusi Ali Bədii dizayn məktəbində təhsil almış modelyer karyerasına 1998-ci ildən başlayıb.

F.Xələfovanın əsas prinsipi milli geyimlərin müasir geyimlərə transformasiyası, klassik və müasir üslubun kombinasiyasıdır. O, bir çox beynəlxalq mükafatlara layiq görülüb. “Oriental Fashion Show”da ilk dəfə 2014-cü ildə iştirak edən F.Xələfova bu il şouya yeni kolleksiya ilə gəlib.

Qeyd edək ki, məşhur azərbaycanlı modelyer F.Xələfova Rusiya, Qazaxıstan, Belarus, Ukrayna, Latviya, Almaniya, Yaponiya, Türkiyə, Gürcüstan, Monako, Misir və Vyanada moda nümayişlərində, müsabiqələrdə, sərgilərdə maraqlı kolleksiyalarla iştirak edib. /azertag.az/

# 1350 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news