Şəhriyar del Gerani daha şeir kitabı buraxmayacaq - Son kitab

Şəhriyar del Gerani daha şeir kitabı buraxmayacaq - Son kitab
calendar 25 sentyabr 2019
clock 16:09

Son illərin ən parlaq imzalarından olan şair Şəhriyar Del Geraninin "Gecəniz şeirə" şeirlər kitabı çapdan çıxdı.

Kulis.azın verdiyi xəbərə görə, kitabda 33 yeni şeir toplanıb. Müəllifin ilk şeirlər kitabı olan "Darıxmağın adı"ndan isə oxucuların ən çox sevdiyi, məşhur 12 şeir seçilib. Kitabda ümumilikdə 45 şeir yer alıb. Bu vaxtacan heç yerdə çap olunmamış şeirlər də var.

Kitab mağazalarda satışda olmayacaq, yalnız imza və təqdimat günləri satışa çıxarılacaq. Kitabın satış qiyməti şəhərlərdə 5 manat, rayon və kəndlərdə 3 manat nəzərdə tutulub.

Qeyd edək ki, ilk tirajı Dövlət Tərcümə Mərkəzi “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində nəşr edib.

Müəllifin bildirdiyinə görə, kitab uğurlu qarşılanarsa, növbəti tiraj öz hesabına 10 min nüsxə çıxacaq. Kitabdakı yeni 33 şeirin hamısı bir qadına yazılıb.

“Gecəniz şeirə” müəllifin sonuncu şeirlər kitabıdır. Bundan sonra o, şeirlər kitabı çap etdirməyəcək.

Həmçinin, "Gecəniz şeirə" kitabı "Kitab otağı" layihəsi çərçivəsində yayımlanacaq ilk kitabdır. "Kitab otağı" layihəsi bütün ölkəni əhatə edəcək müəllif marafonudur. Bu layihədən çap olunacaq müəlliflər öz kitablarıyla Azərbaycanın ən ucqar kəndlərinə, rayonlarına səyahət edib oxucuların qarşısına çıxacaqlar.

# 5741 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news