“AYB 2000 manatı yetimlərə xərcləməyə qoymadı”

“AYB 2000 manatı yetimlərə xərcləməyə qoymadı”
calendar 27 yanvar 2013
clock 22:09

Gənc yazar Şəhriyar del Gerani də Azərbaycan Yazıçılar Birliyinin (AYB) keçirdiyi ədəbiyyat müsabiqəsindən imtina etdi.


Poeziya nominasiyasında qısa siyahıya keçmiş Şəhriyar del Gerani "Oxu zalı"na göndərdiyi məktubda qısaca olaraq addımını belə izah edib:

"Dostumuz, böyük qardaşımız, mədəniyyət işçimiz Vaqif Bəhmənlini dünyadakı bütün səmimiyyətlərimlə təbrik edirəm. Və rica edirəm heç də publikanı çaşdırmayıb mükafatı ona versinlər.

Düşünürdüm şeirlər kitabım qalib olsa 2 min manatı atılmış uşaqlara xərcləyək. Görünür AYB və ayb kimilər o yetimlərin də gözlərini bu tıxaclı yollarda qoyacaqlar. Ol səbəbdən imtina edib hərbiyə gedirəm, vətən sağ olsun...))"

Xatırladaq ki, bundan qabaq Poeziya nominasiyasında qısa siyahıya keçmiş şair Aqşin Yenisey və nəsr nominasiyasında qısa siyahıya keçmiş yazıçı Zakir Sadatlı da müsabiqədən imtina etmişdilər.

Onlar müsabiqənin ədalətsiz keçirildiyini, qaliblərin əvvəldən bəlli olduğunu iddia edirlər.

İlk olaraq isə Münsiflər Heyətinin sədri, yazıçı Kamal Abdulla müsabiqəni tərk etmişdi. Amma o, işinin çoxluğunu əsas gətirmişdi.

Müsabiqənin nəticələrinin yaxın vaxtlarda açıqlanması gözlənilir. Hər biri 2 min manat olmaqla 5 mükafat veriləcək.

Oxuzalı.az

# 2105 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news