"Atropatena dastanı" romanı Türkiyədə çap olundu

"Atropatena dastanı" romanı Türkiyədə çap olundu
calendar 29 yanvar 2013
clock 11:52

Türkiyənin məşhur “İz yayınçılıq” nəşriyyatı yazıçı Vahid Məmmədlinin “Atropatena dastanı” romanını kütləvi tirajla çap edib. Əsəri Türkiyə türkcəsinə hüquq elmləri doktoru Fəthi Gədikli çevirib. Nəşr hüququ 10 il müddətinə alınmış kitab bu həftədən qardaş ölkənin oxucularına təqdim olunacaq.

Son dövrlərdə yazdığı povest və hekayələrlə dünyanın bir çox ölkələrində böyük oxucu marağına səbəb olan V. Məmmədlinin əsərləri Rusiyada, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Hindistanda və digər ölkələrdə çap olunub. Artıq “Atropatena dastanı” romanının digər dillərdə çap olunması üçün dünyanın bir çox tanınmış nəşriyyatları ilə müəllif arasında müqavilələr imzalanıb. Bu ilin may ayında dastanın Almaniya və Avstriyada, sentyabr ayında isə Bolqarıstan, Çexiya və Çində nəşrləri nəzərdə tutulur.

V.Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla yanaşı, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən "Tunc Allahın yükü", "Cəllad tələsməyi sevmir", "Heksogenli yol yoldaşı", Azərbaycanda isə dastan janrında yazılmış ilk epik əsər "Atropatena dastanı" trilogiyasının müəllifidir.

# 2039 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news