"Sənətkarın taleyi" tamaşasının premyerası olub

"Sənətkarın taleyi" tamaşasının premyerası olub
calendar 18 mart 2013
clock 12:22

Martın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşasının premyerası olub.



AzərTAc xəbər verir ki, tamaşa milli teatr tariximizə adını əbədi olaraq həkk etdirmiş aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edir.



Tamaşanın bir özəlliyi də ondan ibarətdir ki, əsərə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru, Əməkdar İncəsənət Xadimi İrana Tağızadə quruluş verib. Tamaşadakı əsas rolun, yəni Ərəblinskinin ifaçısı da Rus Dram Teatrının aktyoru, Əməkdar Artist Firdovsi Atakişiyevdir.



“Sənətkarın taleyi” tamaşasının quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovdur.



Tamaşada əsas rolları Xalq Artisti Şükufə Yusupova, əməkdar artistlər Cəfər Əhmədov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, İlham Hüseynov, Hicran Nəsirova aktyorlar Natəvan Hacıyeva, Vüsal Mustafayev, Əjdər Zeynalov və başqaları canlandırıblar.



Tamaşanın premyerasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış sənət adamları, eləcə də teatrsevərlər iştirak edib.

# 2337 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news