“Səni sevirəm” demək üçün nə qədər gözləyirik?

“Səni sevirəm” demək üçün nə qədər gözləyirik?
calendar 11 iyun 2013
clock 07:00

Çoxları üçün sevgilisindən “səni sevirəm” sözünü eşitmək bahalı hədiyyələrdən daha vacibdir. Amma qadınlarla kişilərin o sözü ilk dəfə eşitmə müddətləri fərqlidir. Kişi vurulubsa, çox keçmədən hislərini həmin qadına bildirmək istəyir. Qadınlarsa bu mövzuda olduqca təmkinlidirlər. Kişilər təqribi 88 gün “dözə bilirlərsə”, qadınlar 134 gün hislərini gizlətməyə və “səni sevirəm” sözünü deməməyə nail olurlar.

İngiltərədə aparılan araşdırmaya görə, kişilərin 39 faizi ilk ayda “səni sevirəm” deyir. Qadınlarda isə bu rəqəm cəmi 23 faizdir. Kişilərin üçdə biri (33 faiz) münasibətlərinin ilk ayında sevgilisini ailəsi ilə tanış edir. Qadınlar bu mövzuda da kişilərdən inadkardırlar. Cəmi 25 faiz qadın sevgilisini ailəsinə təqdim edir.

“YouGov”un “eHarmony” üçün apardığı araşdırma göstərir ki, “kişilər xüsusi günləri xatırlamır” fikri heç də doğru deyilmiş. Məsələn, kişilərin 77 faizi ilk dəfə nə vaxt “səni sevirəm” dediyini xatırlayır, cəmi 5 faizi isə sevgilisinin əlini nə vaxt tutduğunu xatırlamır.

18 və 24 yaş arası gənclərin daha cəsarətli olduğunu düşünənlər yanılırmışlar. Demə, gənclər ilk dəfə əl-ələ tutuşmaq və ilk öpüşdə daha utancaq davranırlar.

“Səni sevirəm” deyiləcəyini necə hiss etməli?

Yuxarıda qeyd etdiyimiz araşdırmaya görə, kişilər təqribən 88 gün səbir edirlər. Ancaq qadınlar bu sözü onlardan daha tez eşitməyə can atırlar və şübhələr onları narahat edir. Bu şübhələri yox etmək üçün nə etməli?

Seçimi sizsinizsə...

Sevdiyiniz insan ailəsi, yaxud dostları ilə keçirəcəyi vaxtı sizinlə keçirirsə, demək ən azı sizdən xoşu gəlir. Ailəsi və dostları ilə tanış etsə, bilin ki “səni sevirəm” sözü də “yoldadır”. Yox əgər sizi ətrafındakılardan aralı tutmağa çalışırsa, təhlükə siqnallarınızı işə salın və münasibətin istiqamətini istədiyiniz məcraya çəkməyə çalışın.

Siyahı böyükdürsə...

Bəzi kişilər münasibətlərini kateqoriyalara bölürlər. Bir qadınla seksual istəklərini reallaşdırıb, digəri ilə sadəcə görüşə, bəzən üçüncü birinə də vurula bilirlər. Ona görə də hansı kateqoriyaya uyğun gəldiyinizi müəyyənləşdirin. Sevgi axtarırsınızsa, bunu onun ən xırda hərəkətlərindən də hiss edə bilərsiniz. Bunun üçün sizə etdiyi jestləri, yazdığı mesajları, sürpriz görüşləri, dediyi sözləri bir yerə yazın, siyahı sizi heyrətləndirirsə və gözlədiyinizdən böyükdürsə, demək sizi sevir.

# 2671 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news