“XI TEZİS” jurnalının ikinci sayı nəşr olunub

“XI TEZİS” jurnalının ikinci sayı nəşr olunub
calendar 4 iyul 2014
clock 16:56

“XI TEZİS” jurnalının ikinci sayı artıq satışdadı. Kulis.Az-ın məlumaıtna görə Sovetlərin çökməsindən sonra Azərbaycanda ilk marksist jurnal olan “XI TEZİS” jurnalının ikinci sayının mövzusu “Sinfi Mübarizə”dir. Jurnalda, siniflərin və sinfi mübarizənin ontologiyası ve keçmişi ilə yanaşı bugünkü vəziyyəti haqqında da analitik məqalələr mövcuddur.

Oxucular, “XI TEZİS” jurnalının bu sayında, “Sinfi mübarizə dünən və bu gün…”, “Sinfi mübarizənin ontologiyası”, “Mədəniyyət – sinfi mübarizə ərazisi kimi” kimi tarix, sosiologiya, iqtisadiyyat və mədəniyyət yazılarını oxuya bilərlər.

Jurnalda 8 müəllif yazısı ilə bərabər 2 geniş müsahibə də yer alıb. İlk müsahibə, “Qloballaşma və ictimai hərəkatlar İnstitutunun” direktoru, marksist sosioloq Boris Kaqarlitski ilə Ukrayna böhranı başda olmaqla dünyadakı mövcud ictimai-siyasi vəziyyət və solun buradakı perspektivlərinə dairdir. İkinci müsahibədə isə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhramanlı ilə SSRİ sonrası Azərbaycandakı neft sektorunun və işçilərinin vəziyyəti və işçi hüquqlarına dair söhbət edilib.

“XI TEZİS” jurnalının rəsmi veb səhifəsi onbirincitezis.org və Facebook sosial şəbəkəsində facebook.com/onbirinicitezis səhifəsində jurnal haqqında əlavə məlumatlar yerləşdirilib.

Oxucular, jurnalı aşağıdakı kitabevi və ya kafelərdən əldə edə bilərlər.

1. Zero Kitab Evi, Ünvan: Bakı, İstiqlaliyyət küçəsi 71 (İçərişəhər metrosunun yanında, Sabir bağı ilə üzbəüz) Tel. 055 656 12 95

2. Bakıtab, Əlövsət Quliyev küçəsi 72 Tel. 070 8010630

3. kitabevim.az Kitab marketi, Ünvan: 1. Nəsimi r., Puşkin k., 26 a, AK center II mərtəbə (28 may M) 2. Nizami M, Zivərbəy Əhmədbəyov 2 Telefon: 070 497 24 44

4. İçərişəhər - Bookhouse & Cafe, A.Zeynallı küç. 16, Baku, Azerbaijan. Tel. (012) 492 44 27

5. Kibrit book cafe, Nizami street, Baku, Azerbaijan

# 1785 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news