Porno ulduzunun xatirələrini yazan məşhur rejissor

Porno ulduzunun xatirələrini yazan məşhur rejissor
calendar 10 oktyabr 2014
clock 08:30

Kulis.az tanınmış rejissorların şəxsi həyatından çox maraqlı faktları təqdim edir.

Qadın ayaqlarından ötrü “sinov gedən” Tarantino

Kventin Tarantino ayaq fetişistidir. “Kriminal qiraət” və “Billi öldürməli” filmlərində Uma Turmanın çılpaq ayaqlarını, "Şəfəqdən qüruba qədər" filmində Salma Hayekin ayaqqabısından tekila içən Tarantinonu xatırlayın. İnternetdə axtarış versəniz, üzü görünməyən qızların ayaq barmaqlarının Tarantionun ağzında olduğu xeyli foto görə bilərsiniz. 2008-ci ildə verdiyi müsahibədə özü də bu “xəstəliyini” etiraf edib. Ssenarist Co Esterxas “Hollywood Animal” adlı xatirələr kitabında manikür ustasının Tarantinonun bu vərdişi haqda danışdıqlarından bəhs edir. Manikur ustası danışırmış ki, rejissor həzz üçün Kameron Diazın ayaq barmaqlarını da əmib. “Billi öldürməli” filminin çəkilişləri zamanı hamının ayaqlarını çəkən “manyak” rejissor deyirmiş ki, istəsə sadəcə bu ayaq kadrlarından bir film hazırlaya bilər.

Porno ulduzunun xatirələrini yazan məşhur rejissor

İspan rejissoru Pedro Almodovarın Madriddəki ilk illəri onun yaradıcılığının əslində ən maraqlı, yaradıcı və fərqli dövrüdür. “Star”, “Vibora”, “Vibraciones” kimi qəzet və jurnallara məqalələr yazıb, erotik məzmunlu karikaturalar çəkirmiş. Hətta pornoqrafik məzmunlu çizgi-roman da yazıb. Gələcəyin böyük rejissoru hətta həmin illərdə dostu Fabiyo ilə birlikdə yaratdığı “Almodóvar & McNamara” punk-rock qrupunun solisti idi. Almodovar səhnəyə qadın paltarında, gözünə qara çəkmiş vəziyyətdə çıxırdı. Həmin dövrdə Almodovarın ən böyük “manyaklığı” isə “La Luna” adlı qəzetə “Patti Diphusa” psevdonimi ilə qadın porno ulduzunun xatirələrini yazması idi.

Stiven Spilberq: “Sarımsaqlı tort istəyirsən? Ayrılaq!”

Spilberq baz kimi tanınmır. Gənc yaşlarında müəyyən macəraları olub. Böyük rejissor evlənib arvad-uşaq sahibi olmamışdan qabaq Viktoriya Prinsipal, Sara Maylz kimi qadınlarla fırlanıb. Toruna saldığı ən məşhur qadın isə Valeri Bertinelli olub.

Bertinelli yaşadıqlarını sonralar bir müsahibədə belə danışırmış: “Bir neçə dəfə görüşdük, gəzdik... aramızda başqa heç nə olmadı”. Onların münasibətlərinin alınmamasının çox qəribə bir səbəbi var idi. Sən demə Spilberqin sarımsağa qarşı allergiyası varmış. Sarımsaqdan diksinirmiş. “Bir gün onun üçün yemək hazırlayırdım. Sarımsağı doğramağa başlayarkən o, “yox”, yox” sarımsaq olmaz” deməyə başladı. Mən də “doğurdan? Onda yaxşı” dedim. Həmin an beynimdən keçən bu idi ki, sarımsaq yeyə bilməyən bir adamla münasibət qura bilmərəm” – xanım belə danışırdı.

(ardı var)

# 4632 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news