Hansı ölkədə gəlinin üstünə sidik tökürlər? - TOY ADƏTLƏRİ

Hansı ölkədə gəlinin üstünə sidik tökürlər? - <span style="color:red;">TOY ADƏTLƏRİ
calendar 3 dekabr 2014
clock 09:00

Kulis.az qeyri-adi toy ənənələrini təqdim edir.

1. Şotlandiya

Şotlandiyanın bəzi əyalətlərində gəlini oğurlayaraq onun üstünə müxtəlif rənglərdə olan iyrənc mayelər, hətta bəzən heyvan sidiyi də tökürlər. Sonra hamının görməsi üçün onu bütün şəhərdə gəzdirirlər, bəzən ağaca bağlayırlar. Şotlandlar hesab edir ki, gəlini bu cür alçaltmaqla onu ailə həyatının sərt reallıqlarına hazırlayırlar.

2. Çin

Toyda gəlinin ağlamasını çox yerdə görmüşük. Çində yaşayan tuçya xalqı isə bu məsələni xeyli şişirdib. Burda gəlin toya 1 ay qalmış ağlamağa başlayır. Sonra isə ona anası və nənəsi də qoşulur. Bu ağlamaq bizim ağı deməyə bənzəyir.

3. Monqolustan

Monqolustanda yaşayan daurlarda toyun vaxtını təyin etməklə bağlı qəribə adət var. Nişanlı cütlük bıçağı birlikdə tutaraq toyuğun başını kəsirlər. Sonra onun içalatını çıxarıb ciyərinə baxırlar. Əgər ciyəri yaxşıdırsa, toyun vaxtı müəyyən edilə bilər. Proses yaxşı ciyərli toyuq tapana qədər davam edir.

4. İndoneziya

Tidonq adlı İndoneziya icmasında toydan sonra bəylə gəlin 3 gün evdən bayıra buraxılmır. Hətta tualetə getməyə də qoymurlar. Onlara 2-3 nəfər nəzarət edir. Yeməyin də miqdarın həmin adamlar müəyyənləşdirir. Hesab edilir ki, bu cür "bal ayı" xoşbəxt nikaha və sağlam uşaqların mayalanmasına imkan yaradır.

5. Fransa

Əvvəllər Fransada toydan sonra qonaqlar masada qalanları bir yerə yığıb bəylə gəlinin otağına aparardılar. Cütlüyü bütün yeməkləri yeməyə məcbur edirdilər. Məqsəd bəylə gəlinin ilk nikah gecəsində güclü olması idi.

6. Cənubi Sudan

Cənubi Sudanda qadın əri üçün iki uşaq doğmasa evlilik baş tutmamış sayılmır. Bu halda kişi rahatlıqla boşana bilər.

7. Keniya

Keniyada masai tayfasındakı toylarda ata qızını yola salmamışdan qabaq onun başına və sinəsinə tüpürərək xeyir-dua verir.

8. İsveç

Bu ölkədə toy vaxtı bəy, yaxud gəlin masadan qalxıb harasa getsə (məsələn, tualetə) istənilən şəxs gəlib tək qalan bəyi, yaxud gəlini öpə bilər.

9. Koreya

Koreyada toy günü bəyin dabanına çubuqla, yaxud balıqla vururlar. Bununla gələcək ərin iradəsini yoxlayırlar.

10. Hindistan

Dünyanın heç bir ölkəsində heyvanla nikaha girmək qanuni deyil. Belə hallar çox ölkədə rast gəlinsə də, Hindistanda bu ənənədir. Pis ruhları qovmaq üçün qızlar çox vaxt itlərlə, keçilərlə evlənirlər. Əlbəttə, onların arasında heç bir seksual əlaqə olması gözlənilmir.

11. Afrika

Bəzi Afrika kəndlərində yaşlı qadınlar toy gecəsində bəylə gəlini yatağa qədər aparır, hətta gəlinə bəzi şeyləri başa salır. Çox vaxt bu gəlinin anası olur.

# 2918 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news