Bu adam sizin də yuxunuza girə bilər-AXTARIŞDADIR

Bu adam sizin də yuxunuza girə bilər-<span style="color:red;">AXTARIŞDADIR
calendar 20 yanvar 2015
clock 11:26

Dünyada minlərlə insan yuxularına girən, tanımadığı bu adamı axtarır. Siz də bu adamı xatırladınız? Yuxunuzda görmüsüz? Diqqətlə baxın.

2006-cı ildə Nyu-Yorkda işləyən bir psixiatrın qadın xəstələrindən biri tez-tez yuxusunda tanımadığı bir adamı gördüyünü söyləyir. Həkim də xəstəsindən o adamın təsvirini çəkməyi xahiş edir. Nəticədə belə bir şəkil alınır.

Psixiatr şəklə əhəmiyyət vermədən masanın üzərinə qoyur. Səhər müayinəyə gələn başqa bir xəstə şəkli görüb “Mən bu adamı tanıyıram” deyir. İkinci xəstə də bu adamı tez-tez yuxuda gördüyünü və əsla tanımadığını bildirir. Bundan sonra həkim psixiatr yoldaşlarından şəkli öz xəstələrinə göstərməyi xahiş edir. Daha dörd xəstə şəkildəki adamı tez yuxuda gördüyünü, amma tanımadığını deyir.

Həmin hadisədən sonra bu adamı yuxuda gördüklərini deyənlərin sayı 2 mini keçib. Şəkil də artıq “Bu adam” adlanır.

“Bu adam” haqqında müxtəlif fərziyyələr var. Bəzilərinə görə bu Yunqun dediyi kimi insanların şüuraltında yaratdıqları ortaq arxetipin görüntüsüdür. Digərlərinin fikrincə isə insanlar bu şəkli internetdə, ya da bir yerdə görür, əhvalatı öyrənir, hadisə şüuraltı olaraq beyinlərinə işləyir, daha sonra yuxularına girir. Başqa bir qismin fikrincə bu adam həyatda var, üstəlik qeyri-adi gücə sahib olduğuna görə insanların yuxularına girə bilir.

Bu şəklin böyük bir şirkət tərəfindən yaradıldığını söyləyənlər də var.

Hələ də müəmmalı qalan “Bu adam”ı tapmaq üçün tapmaq üçün sayt belə yaradılıb.

# 1511 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news