Süleyman Ələsgərovun 100 illik yubileyi keçirildi

Süleyman Ələsgərovun 100 illik yubileyi keçirildi
calendar 16 oktyabr 2015
clock 16:32

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq Artisti, tanınmış teatr və kino aktyoru Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə yubiley iştirakçıları əvvəlcə teatrın foyesində sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Əməkdar Artist Gülər Nəbiyeva Süleyman Ələsgərovun övladı Sevil xanımın obrazını canlandıraraq onun keçdiyi həyat yolu, təhsili, teatra olan sonsuz məhəbbəti, Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində canlandırdığı tamaşalar haqqında ətraflı məlumat verib.

Xalq artistləri Cəfər Namiq Kamal, Tariyel Qasımov, Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artistlər Lətifə Əliyeva, Nübar Novruzova çıxış edərək S.Ələsgərovla bağlı xatirələrini bölüşərək tərəf müqabili olduqları səhnə əsərləri, yaddaqalan qastrol səfərləri haqqında danışıblar.

Tədbirdə sənətkarın canlandırdığı tamaşalardan və çəkildiyi filmlərdən kadrların nümayiş etdirilib.

Sonda çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov və sənətkarın qızı Sevil Əhədzadə çıxış edərək Süleyman müəllimlə bağlı xatirələrini tamaşaçılarla bölüşərək, tədbirin keçirilməsində əvəzsiz xidmətiləri olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, sənətkarın yaxınlarına və onunla bir səhnəni bölüşən sənət dostlarına dərin təşəkkürlərini bildirdilər.

# 1195 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news