Komitə sədrinin müavini kitabxanasını hədiyyə edir

Komitə sədrinin müavini kitabxanasını hədiyyə edir
calendar 28 oktyabr 2015
clock 11:12

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gunduz İsmayilov kitabxanasını hədiyyə etməyə adam axtarır.

Bunun üçün o, öz Facebook profilində belə bir bildiriş paylaşıb: “Həmişə yaxşı bir kitabxana yaratmaq arzum olub. İndiyədək, xüsusilə ali məktəb və aspirantura illərində xeyli kitab toplamışam. Bu gün işdə və evdə yüzlərlə, bəlkə də, minlərlə kitabım var. Onların bir qismi yaşadığım ünvanları - Pirşağını, Yasamalı, 7-ci mikrorayonu mənimlə birgə gəzib. Ümid edirdim ki, evim olduqdan sonra onlardan babat kitabxana düzəldəcəyəm. Amma artiq ümidim və səbrim qalmayıb. Mən onları ora-bura daşımaqdan, evdəkilər də onların yaratdığı darısqallıqdan bezib. Əvvəl fikirləşdim ki, kitabları bir-bir kimlərəsə hədiyyə edim. Sonra qərara gəldim ki, hamısını bir adama verim. Məncə, bu daha xeyrli olar.Çox düşündükdən sonra qərara gəlmişəm ki, kitabların hamısını müəllimlik etmək üçün ucqar kəndə getmiş bir gəncə hədiyyə edim. İxtisasıma görə kitabların böyük əksəriyyəti dinlə bağlıdır. Ona görə də Bakı Dövlət Universiteti İlahiyyat fakültəsininin məzunları arasında ucqar kənddə dərs deyən varsa, kitabları ona verə bilərəm. Əks halda inboxa kim birinci yazdi, kitablar onundur.

P.S. Ünvana özüm də çatdıra bilərəm.”

# 1049 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news