Kamal Abdullanın trilogiyası Rusiyada nəşr olundu

Kamal Abdullanın trilogiyası Rusiyada nəşr olundu
calendar 9 sentyabr 2016
clock 17:11

Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” adlı romanlarından ibarət trilogiya Rusiyanın məşhur “Художественная литература” nəşriyyatı tərəfindən “Qarağacın kölgəsində” adlı kitabda (Под сенью Карагача. Москва, “Художественная литература” nəşriyyatı, 2016-cı il, 728 səhifə) bir yerdə nəşr edilib.

Kulis.Azın məlumatına görə, müxtəlif vaxtlarda dünyanın aparıcı dillərində 20-dən çox ölkədə dərc olunan bu romanlar müxtəlif süjet xəttinə, müxtəlif zamanlarda baş verən hadisələrdən və müxtəlif qəhrəmanlardan bəhs etdiyinə baxmayaraq, ilk dəfə bir ədəbi çevrəni qapayan və bir-birinə dərin ədəbi lağımlarla bağlanan trilogiya halında nəşr olunur.

“Qarağacın kölgəsində” kitabı müəllifin rus oxucusuna müraciəti ilə başlayır. Müəllif burada oxucu ilə romanları barədə fikir mübadiləsi aparır, bir növ əsərlərdə gizlənən mətləblərdən oxucunun xəbərdar olması üçün yardımçı olur.

Kitabdakı ilk roman “Yarımçıq əlyazma” mərhum sənətkarımız Vaqif İbrahimoğlunun, digər iki roman - “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox...” isə rus yazarı Lüdmila Lavrovanın tərcüməsində təqdim olunur.

“Qarağacın kölgəsində” kitabına son sözü “Художественная литература” Nəşriyyatının direktoru, rus yazıçısı, akademik Georgiy Pryaxin yazıb. Ürək genişliyi ilə yazılan bu sonsözdə Azərbaycan yazıçısının əsərlərinə yüksək qiymət verilir və onun mətnləri dünya ədəbiyyatının korifey yazarlarının əsərləri ilə müqayisə edilir.

Kitabın arxa üzündə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr və layiq görüldüyü ədəbi mükafatlar (“Scanno Prize” (İtaliya), “Qızıl Delviq” (Rusiya), “Humay” (Azərbaycan)) haqda qısa məlumat öz əksini tapıb.

# 1160 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news