İlham Rəhimlinin iki kitabı çap olunub

İlham Rəhimlinin iki kitabı çap olunub
calendar 24 oktyabr 2017
clock 14:02

Professor İlham Rəhimlinin “Azərbaycan teatrı” silsiləsindən növbəti kitabı çapdan çıxıb.

Müəllifin Kulis.aza verdiyi xəbər görə, 68-ci tədqiqat əsəri olan “Gəncə teatrı” kitabı iki hissədən ibarətdir. Birinci hissə “Bakı Türk İşçi Teatrı” adlanır. Bu sənət ocağı 1921-1932-ci illərdə Bakıda fəaliyyət göstərib. 1933-cü ilin ilk günlərində Gəncə şəhərinə köçürülüb.

Hazırda Cəfər Cabbarlı adın Gəncə Dövlət Dram Teatrı adı ilə çalışır. Kitabın ikinci hissəsi Gəncə teatrının 1933-2014-cü illərdəki yaradıcılıq yolunu əhatə edir. Kitabda hər iki kollektivdə çalışmış görkəmli, məşhur və cəfakeş rejissor və aktyorlar barədə portret-oçerklər verilib. “Gəncə teatrı” kitabında xeyli tarixi şəkillər çap olunub.

İ.Rəhimlinin ikinci kitabı isə Təbrizdə çap olunub. Bu, “Azərbaycan teatrı” silsiləsindən olan “Təbriz Azərbaycan teatrı” kitabıdır və il dəfə 2005-ci ildə Bakıda nəşr edilib. Tədqiqat əsərində Təbrizin teatr mühitinin 1908-1946-cı illəri əhatə olunub.

Cənubi Azərbaycan şairi Əhməd Əsgərpur bu kitabın mətnini ərəb qarafikasına çevirib və onu Tehranda nəşr eltdirib. Nəfis şəkildə çap olunmuş kitabda müxtəlif tamaşalara, məşhur sənətkarlara aid yüzə yaxın şəkil verilib.

# 1039 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news