Böyük Vətən Müharibəsinə həsr olunmuş sərgi olacaq

Böyük Vətən Müharibəsinə həsr olunmuş sərgi olacaq
calendar 2 may 2019
clock 11:33

9 May Qələbə Günü münasibətilə 6 may 2019-cu il tarixində saat 13:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Arzu Mürvətovanın Böyük Vətən Müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edən "Manifest" adlı fərdi sərgisi keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, çətin və şərəfli yol keçmiş qəhrəmanların müasir həyatımızdakı yeri və fəaliyyətlərinin foto-ekspozisiyasını ərsəyə gətirməyi özündə borc bilən gənc fotoqraf, məqsədinin XX əsrin ən dəhşətli illərində əvəzsiz xidmətləri olmuş insanların fədakarlıqlarını cəmiyyətimizə və gələcək nəsillərə bir daha xatırlatmaq, eləcə də müharibə şəraitində olan ölkəmizdə Böyük Vətən Müharibəsi veteranlarının qəhrəmanlıq şücaətlərini gələcək nəslə ötürməkdir.

Sərginin təşkilində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi dəstəkdir.

Qeyd edək ki, sərgi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsidir.

Sərgi 10 may tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində, həmçinin may ayından etibarən Bakı Metropoliteninin “Gənclik” stansiyasında nümayiş olunacaq.

Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, Arzu Mürvətova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Hal-hazırda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorantura pilləsi üzrə təhsilini davam etdirir. 2008-ci ildən fotoqrafiya sənəti ilə həvəskar olaraq məşğul olur və bir çox beynəlxalq, yerli müsabiqələrin iştirakçısı və qalibidir. 2013-cü ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, 2014-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2016-cı ildən isə Azərbaycan Fotoqraflar Birliyinin üzvü, Təşkilat Komitəsinin qəbul üzrə koordinatorudur.

# 1863 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news