İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin…

İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin…
calendar 2 iyul 2013
clock 07:30

Kulis.az Çin filosofu Konfutsinin aforizmlərini təqdim edir.

Dərin olan quyu deyil, qısa olan ipdir.

Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

Ehtiyatlı adamlar az hallarda səhv edir.

Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.

Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.

Ətraflı çalış, doğru şəkildə, diqqətli düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi şəkildə tətbiq et.

Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.

Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.

İnsanlar məni tanımır deyə üzülməyəcəyəm; insanları tanımıram deyə üzüləcəyəm.

İnsanlar sahib olduqlarını kiçik hesab edir, sahib ola bilmədiklərini isə böyüdür.

Ac mədənin cəzasını yorğun ayaqlar çəkər.

Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir.

İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin, onsuz da öləcəklər.

Bildiyini bilənin arxasından gedin, bildiyini bilməyəni xəbərdar edin, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın.

İnsanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.

Bir insan səhər doğru yoldadırsa, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq.

Kiçik üstünlüklərin arxasından qaçarkən böyük uğurları qaçıra bilərsiniz.

Qaranlığı söyüncə dur bir şam yandır.

Bilgi insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlı olmaq qorxudan qurtarar.

Ağıllı insan heç kimlə yarışmaz, beləcə heç kim onunla yarışa bilməz.

Bir milləti kölə etmək istəsəniz, onun musiqisini məhv edin.

Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz.

Bir adama yaxşılıq etmək istəyirsənsə, ona balıq vermə, balıq tutmağı öyrət.

Nə axtardığını bilməyən tapdığını anlaya bilməz.

O yerdə ki, hökmdar hökmdardır, təbəə təbəədir, ata atadır, oğul oğuldur, orda qayda qanun var, əmin-amanlıq var.

Oxudum, unutdum, gördüm, xatırladım, etdim, öyrəndim.

Öyrətmək iki dəfə öyrənmək deməkdir.

Vəfa və səmimiyyət ilk prinsipləriniz olmalıdır.

Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.

Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır.

# 2259 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news