Azadlıq hərəkatı rəhbərindən möhtəşəm sitatlar

Azadlıq hərəkatı rəhbərindən möhtəşəm sitatlar
calendar 14 noyabr 2013
clock 08:30

Bu gün görkəmli hind siyasi xadimi, Hindistanın müstəqilliyi uğrunda hərəkatın və Hindistan Milli Konqresinin rəhbərlərindən biri, Hindistan Respublikasının ilk baş naziri olmuş Cəvahirləl Nehrunun (1889-1964) doğum günüdür. O, Hindistanın sonrakı baş nazirlərindən İndira Qandinin atası və Raciv Qandinin babası idi. Kulis.az Nehrudan sitatları təqdim edir.

Uğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər.

Həyatdan zövq almağın yeganə yolu qorxusuz və pərt olmaqdan, fəlakətlərdən çəkinməməkdir.

Öz zəifliyini bəlağətli ifadələrlə, nəcib prinsiplərlə gizlətməyə çalışan insanlar dərhal şübhə doğurur.

Müharibə humanizmin və həqiqətin inkarıdır. Məsələ təkcə insanların öldürülməsində deyil, zatən insan əvvəl-axır ölür. Məsələ, şüurlu şəkildə nifrətin və yalanın insanlara aşılanmasındadır.

Şəxsi ləyaqəti haqqında çox danışan adamlar, adətən daha az fəzilətli olurlar.

Ən zəif cəhətimiz odur ki, müzakirə etməyi daha çox sevirik, nəinki iş görməyi.

Keçmiş həmişə bizimlədir. Nəyə malikiksə, hamısı keçmişdən gəlir. Biz keçmişin törəmələriyik. Bunu dərk etməmək, həqiqəti dərk etməmək deməkdir.

Demokratiya yaxşıdır. Ona görə bunu əminliklə deyirəm ki, digər sistemlərin pis olduğunu bilirəm.

Təhlükədən qaçan adam yerində oturmuş adamla müqayisədə təhlükəylə daha çox üzləşir.

Fakt, faktdır. Sizin bəyənib bəyənməməyinizdən asılı olmayaraq onlar yoxa çıxmır.

# 3398 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news