Berlində 64-cü Beynəlxalq Kinofestival keçirilir

Berlində 64-cü Beynəlxalq  Kinofestival keçirilir
calendar 10 fevral 2014
clock 11:16

Fevralın 6-da Amerika rejissoru Uess Andersonun yeni “Otel “Qrand Budapeşt” filmi ilə açılan 64 –cü Berlin kino festivalı fevralın 17-dək davam edəcək. Kulis.az-ın rosbalt.ru saytına istinadən verdiyi xəbərə görə, festival çərçivəsində 400-ə yaxın film nümayiş olunacaq ki, bunlardan 20-i əsas proqramda festivalın baş mükafatı olan “Qızıl Ayı” uğrunda mübarizə aparır.

Bu il baş mükafata iddia edən filmlər arasında Amerikalı rejissor Riçard Linkleyterin “Yeniyetməlik”, 91 yaşlı fransız kinematoqrafşısı əfsanəvi Alen Renenın “Sevmək, içmək, oxumaq” filmi də daxildir.

əsas müsabiqə proqramında həmçinin fransız Rəşid Buşarebin “Düşmənin yolu”, yapon filmi “Balaca ev”, Amerika filmi “Yüksəkdə” və yunan Yannis Ekonomidesin “Lay” filmi var.

bundan əlavə müsabiqə proqramına Almaniyadan, Argentinadan, Norveçdən, Avstriyadan, İspaniyadan, Çindən filmlər daxil olub.

Xatırladaq ki, məşhur “Qozbel dağlar” filminin prodüseri Ceyms Şamusun rəhbərlik etdiyi jüri laureatları fevralın 15 də elan edəcək.

# 2235 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news