“İMPAC” Dublin Ədəbiyyat Mükafatı təqdim olundu

“İMPAC” Dublin Ədəbiyyat Mükafatı təqdim olundu
calendar 13 iyun 2014
clock 11:46

"İMPAC" Dublin Ədəbiyyat Mükafatı 2014- cü il iyunun 12-də təqdim olunub. Kulis.az-ın mükafatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu il mükafat Kolumbiya yazıçısı Xuan Qabriel Vaskesin “Düşən əşyaların səsi” kitabına verilib. Ümumilikdə bu il müsabiqəyə 39 ölkənin 110 kitabxanasından 152 namizəd qatılıb.

Beynəlxalq “İMPAC” Dublin Ədəbi Mükafatının həcmi 100.000 (yüz min) avrodur. Namizədlər bütün dünyanın ictimai kitabxanaları tərəfindən təqdim edilə bilər.

Mükafatın proqram məqsədlərindən biri də – Dublinin şöhrətini “Ədəbiyyatın Məkkəsi” kimi yenidən bərpa etməkdir. Mükafat sahibləri içərisində Herta Müller (1998 – “Yaşıl gavalılar diyarı” əsərinə görə) və Orxan Pamuk (2003 – “Mənim adım qırmızı” əsərinə görə) kimi bir sıra ədəbiyyat üzrə “Nobel” mükafatı laureatları da vardır.

Namizədlər içərisində John Banville, V.S.Naipaul, Cees Nooteboom, Jose Saramago, Rohinton Mistry, Antonio Tabucchi, Margaret Atwood, Don DeLillo, İan McEwan, Haruki Murakami, Toni Morrison, Philip Roth, Peter Carey, Carlos Fuentes, Jonathan Franzen, John McGahem, Julian Barnes, J.M.Coetzee, Cormac McCarthy, Salman Rushdie, Barbara Kingsolver, Joyce Carol Oates kimi yazıçılar da vardır.

Dublin mükafatı təkcə maddi anlamda dünyanın ən böyük mükafatlarından deyil, eyni zamanda ən demokratik mükafatlarındandı. Belə ki, istənilən ölkədən və millətdən olan yazıçı bu mükafata əsər təqdim edə bilər. Yeganə tələb namizədliyi irəli sürülən kitabın mütləq ingilis dilində nəşr olunmuş olmasıdır.

# 2519 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news