Merlin Monro uşağa qulluq kitabını niyə oxuyurdu?

Merlin Monro uşağa qulluq kitabını niyə oxuyurdu?
calendar 17 iyul 2014
clock 12:04

Ölümündən 50 il sonra belə Merilin Monro Hollivudun ən önəmli ulduzlarından biri olaraq qalır. Monro haqda bilinən az şeylərdən biri onun “kitab qurdu” olmasıdır.

Monro 1916-cı ildə fransız jurnalisti Georg Belmonta "Çəkilişlərim olmadığı zamanlarda nə etdiyim kiminsə ağlına gəlməz” demişdi.

"Məktəbə gedirdim. Bir müddət Kaliforniya universitetində gecə kurslarına qatıldım. Amerika tarixi və ədəbiyyat tarixindən dərslər aldım və çox oxumağa başladım. Bir çox yazıçının kitablarını oxudum".

1962-ci ildə Monro öləndə dörd yüzdən artıq kitabdan ibarət kitabxanası qaldı.

Kitabxanasına göz gəzdirəndə onun bir Devid Lorens heyranı olduğu məlum olur. Onun kitabxanasında Ralf Ellisonun “Gözəgörünməz adam”, Heminqueyin “Və günəş doğar” və Dostoyevskinin əksər romanları var.

Uşağı olmadığı üçün özünü bədbəxt hiss edən Monronun kitabxanasında Spok Bencaminin “Uşaq və ona qulluq” kimi kitablar da gözə dəyir.

Bundan başqa onun kitabxanasına Alber Kamyunun “Süqut”, Aleksandr Dümanın “Kameliyalı qadın”, F. Skott Fitsceraldın “Möhtəşəm Qetsbi”, Ceyms Coysun “Uliss, Tomas Manın “Venesiyada ölüm”, Qustav Floberin “Madam Bovari” və başqa dahi yazıçıların romanları var.

# 2412 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news