Milli Kitab Mükafatı bu il keçirilməyəcək AÇIQLAMA

Milli Kitab Mükafatı bu il keçirilməyəcək <span style="color:red;">AÇIQLAMA
calendar 26 sentyabr 2014
clock 11:59

Millki Kitab Mükafatı bu il keçirilməyəcək. Bunu Kulis.Aza açıqlamasında Milli Kitab Mükafatının təsisiçisi, “Əli və Nino” kitab mağazalarının direktoru Nigar Köçərli deyib.

O bildirib ki, Milli Kitab Mükafatı onun üçün əziz və doğma layihədir, Azərbaycanda ədəbiyyat sahəsində keçirilən ən böyük mükafatdır. Buna baxmayaraq çox böyük enerji, vaxt və əziyyət tələb edir: “Bunu eləmək üçün inadkar olmaq lazımdır. Mən isə çox yorulmuşam. Ötən MKM-də Rəşad Məcid də vurğulamışdı ki, Nigar xanım artıq yorulub.”

Nigar Köçərli on il, on beş il əvvələ baxanda kitabın artıq gündəmdə olduğunu vurğulasa da ümumilikdə soyuq münasibət olduğunu deyib: “Amma bu auditoriya çox kiçikdir axı. Hesablasaq “Əli və Nino” kitab mağazalarının həqiqi oxucularının sayı 200-300 nəfərdən ibarətdir. Doğrudan kitab oxucularını sayı çox azdır. MKM cəmiyyətdə həmişə çox rəğbətlə qarşılanıb. Bu doğrudur. Amma orası da var ki, müsabiqəyə qatılan 250 nəfərin içində bir qalib olur və mən bir dost, 249 düşmən qazanmış oluram.

Bütün bunlara baxmayaraq mən bu işi görməyə hazıram. Sadəcə çox böyük yorğunluq var məndə və ona görə MKM bu il keçirilməyəcək. Ola bilsin gələcəkdə keçirilsin, amma hələ ki, özümdə bu gücü tapa bilməmişəm.”

# 1800 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news