Nobeli kim alacaq? Bukmeker rəyi

Nobeli kim alacaq? <span style="color:red;">Bukmeker rəyi
calendar 9 oktyabr 2014
clock 10:00

Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontorunda 2014-cü il Nobel Ədəbiyyat Mükafatına namizədlərə verilmiş əmsallarda dəyişiklik baş verib. Kulis.Az-ın “Ladbrokes” bukmeker kontorunun saytına istinadən verdiyi xəbərə görə, keniyalı yazıçı Nquqi va Thionqo 4.50 əmsalla (keniyalıya qoyuluş edən şəxslər o qalib gəldiyi təqdirdə hər dollara görə 4.5 dollar qazanacaq-red.) liderliyini qoruyub. İkinci sırada 5.50 əmsalla yaponiyalı yazıçı Haruki Murakami qərarlaşıb.

İkinci sıraya enən Haruki Murakamiyə verilmiş 6.00 əmsalı isə dəyişməz qalıb.

Belarus Svetlana Aleksijevitj 7.00 əmsalla 3-cü pilləyə qalxıb. Suriyalı şair Adonis (Əli Əhməd Səid Əsbar), albaniyalı yazıçı İsmail Kadare, fransalı Patrik Modiano 11.00 əmsalla müvafiq olaraq 4, 5 və 6-cı sırada qərarlaşıblar.

Norveçli Con Fosse, amerikalı Filipp Rot, avstriyalı Peter Handke hərəyə 13.00 əmsalla 7, 8 və 9-cu yerləri bölüşürlər.

Əlcəzairli Assia Djebar 15.00 əmsalla 10-cu yerə enib.

Çex Milan Kundera (26.00), Bob Dilan (26.00), italiyalı Umberto Eko (34.00), israilli Amos Oz (34.00) və britaniyalı Salman Rüşdi (51.00) onluqdan kənarda qalıblar.


İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il kanadalı yazıçı Elis Munroya verilib.

Mükafatın builki qalibi bu gün Bakı vaxtilə saat 16.00-da açıqlanacaq.

# 3403 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news