Cahangir Novruzov haqda sənədli film təqdim olunub

 Cahangir Novruzov haqda sənədli film təqdim olunub
calendar 27 sentyabr 2017
clock 12:56

Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu şəhərdə keçirilən XXIV Beynəlxalq Adana Film Festivali çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti dövlət konservatoriyasının professoru, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Cahangir Zeynalov haqqında "2 Dil 1 Harmoni" adlı bioqrafik sənədli filmin təqdimatı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Kulis.aza verilən xəbərə görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema İdarəsi Müdirliyinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru və prodüseri əslən azərbaycanlı olan hazırda Türkiyədə yaşayan Nəcibə Abbasovadır.

Filmdə Cahangir Novruzovun həyat və yaradıcılığından, onun ailə kökləri, babası Cahangir Zeynalov, anası, Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalova və 130 ildir Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir. Filmdə həm Türkiyə, həm də Azərbaycanın tanınan mədəniyyət və incəsənət xadimləri Cahangir Novruzov barədə ürək sözlərini söyləyiblər.

Sənədli filmin Rusiya, Türkiyə və Azərbaycanda nümayişi nəzərdə tutulub. Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim edilib.

"2 Dil 1 Harmoni" filminin festivallara təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 24-də başlayan Adana film festivalı oktyabrın 1-də başa çatacaq və hər il olduğu kimi bu il də festivalda 5 kateqoriya üzrə 30 “Altın Koza” mükafatı sahiblərinə təqdim ediləcək.

# 1110 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news