Yeniyetmələrə fövqəladə hallarla bağlı təlim keçilir

Yeniyetmələrə fövqəladə hallarla bağlı təlim keçilir
calendar 25 aprel 2013
clock 14:18

Xəzər İnkişaf Fondu tərəfindən aprel ayının ortasından icra edilməyə başlanmış «Fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirlərinin yeniyetmələr arasında təbliği» layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, TürkanZirə qəsəbələrində yaşayan və təhsil alan yeniyetmələr arasında 4 ay müddətində icra ediləcək layihənin məqsədi fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında biliklərin verilməsi və onların bu istiqamətdə təbliğat-maarifləndirmə fəaliyyətinə cəlb edilməsindən ibarət olacaq.

Layihənin vəzifəsi göstərilən ərazilərdəki seçilmiş 3 orta ümumitəhsil məktəbində fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında barədə geniş məlumatların yayılması, sagird və digər kateqoriyadan olan yeniyetmələr arasından bu haqda biliyin icmalarda yayılması üçün dəstək qruplarının formalaşması, onların müxtəlif təbliğat aksiyalarının təşkil edilməsi yolu ilə problemə ictimaiyyətin diqqətinin cəlbidir. Fəaliyyətlər müddətində təkcə təlimlər, görüşlər və dəstək qrupları ilə iş deyil, eləcə də birgə seminarlar keçirməklə yeniyetmələrin kreativ yanaşmalarından yaralanmaqla problemə diqqəti qeyri-ənənvi metodlarla cəlb etməyə nail olunacaq.

Göstərilən ərazilərdə yaşayan, oxuyan və işləyən ümumilikdə 60 nəfər gənc layihənin dəstək qrupu kimi layihədən birbaşa, daha 500 nəfər isə ondan dolayısıyla faydalanacaqları nəzərdə tutulub. Layihənin icrası başa çatdıqda davamlılığını təmin etmək üçün fəal benefisiarlarla virtual və vaxtaşırı birbaşa görüşlər təşkil edilməklə əlaqə saxlanılacaqdı. Onlar müvafiq layihə və proqramlara cəlb olunacaq.

# 2156 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news