Selincerin nasist arvadından yazdığı əsər çap olunur

Selincerin nasist arvadından yazdığı əsər çap olunur
calendar 5 sentyabr 2013
clock 16:42

Həyatının son 45 ilində kitablarını çap etdirməyən və 2010-cu ildə vəfat edən yazıçı C. Selincerin bu yaxında üzə çıxan beş kitabının adı məlum olub.

Kulis.Azın türk mətbuatına istinadən verdiyi məlumata görə yazarın həyatı ilə bağlı sənədli filmin hazırlanması zamanı üzə çıxan kitablar önümüzdəki 7 il ərzində çap olunacaq. Bunların arasında yazarın kult romanı “Çovdarlıqda uçurumdan qoruyan”ın davamı kimi yazılmış bir hekayə də var. Romanın baş qəhrəmanı Holden Kolfildin həyatından bəhs edən hekayə “Last and Best of Peter Pens” adlanır.

Selincerin hekayələrində yer alan məşhur obrazı Seymur Qlassın ailəsi haqqında olan “The Complete Chronicle of Glass Family’” və yazarın II Dünya Müharibəsi zamanı xüsusi xidmət orqanı işçisi kimi çalışdığı dövrlərindən bəhs edən “Əks kəşfiyyat işçisinin gündəliyi” adlı kitablar qarşımızdakı illərdə çap olunacaq.

Yazıçının qısa müddət evli olduğu, nasistlərlə əməkdaşlıq etmiş arvadı Silviya Uelterlə münasibətlərindən bəhs edən digər kitabı isə “World War II Love Story” (“İkinci Dünya Müharibəsi eşq hekayəsi”) adlanır.

Ömrünün sonlarında hinduizm dinini qəbul etmiş yazıçının sonuncu kitabında elə bundan bəhs olunur. Kitab “A Religious Manual” adlanır.

# 1869 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news