Əfsanəvi “Yunona və Avos” rok-operası Bakıya gəlir

Əfsanəvi “Yunona və Avos” rok-operası Bakıya gəlir
calendar 11 mart 2014
clock 11:54

Dünya şöhrətli "Yunona və Avos” rok-operasını artıq Azərbaycan tamaşaçıları da görmək imkanı qazanacaqlar. Belə ki, martın 31-də Heydər Əliyev Sarayında bu operanın Bakı premyerası olacaq.

"Yunona və Avos” rok-operası Rusiya Federasiyasının xalq artisti, dövlət mükafatı laureatı, bəstəkar Aleksey Rıbnikovun rəhbərlik etdiyi teatrın müəllif versiyasıdır. Rusiya səhnəsində ən məşhur rok-opera olan "Yunona və Avos”un müəllifləri görkəmli rus bəstəkarı Aleksey Rıbnikov və şair Andrey Voznesenskidir.

Məlumat üçün deyək ki, "Yunona və Avos” rok-operası dünya musiqili teatr tarixində ən böyük nailiyyətlərdən hesab olunur. Rus dini musiqisi, xalq folkloru, kütləvi "şəhər musiqisinin” janrları, modern musiqi nümunələri ilə bəstəkarın ideya-estetik prioritetlərinin vəhdətindən yaranan rok-operanın yeni versiyasında əsas amil Aleksey Rıbnikovun musiqisidir.

Rok-operanın vokal nömrələrini Rusiyanın əməkdar artisti, Rıbnikovun operalarında, həmçinin sovet kinosunun şlyagerlərində əsas partiyaların ifaçısı məşhur aktrisa Janna Rojdestvenskaya ifa edir. "Buratnio”, "Prodüserlər” kimi müzikllərin xoreoqrafı olmuş Janna Şmakovanın quruluşunda "Yunona və Avos” tamaşasındakı mükəmməl rəqs nömrələri sənət əsərinin daha da maraqlı və baxımlı olmasına zəmanət verir.

Aleksey Rıbnikovun "Yunona və Avos” rok-operası Rusiyadan başqa, Ukraynada, Qazaxıstanda, Fransada, İsraildə və digər ölkələrdə uğurla nümayiş olunub.

Qeyd edək ki, tamaşanın Bakı nümayişi üçün biletlər artıq satışdadır və qiymətlər 30 AZN-dən başlayır.

TeatrPlyus.Az

# 1955 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news