Varis “Dünyanın ən populyar yazarları” reytinqində

Varis “Dünyanın ən populyar yazarları” reytinqində
calendar 4 iyun 2014
clock 15:01

Yazıçı Varis Yolçuyevin adı “Ən populyar 1000 yazar” siyahısına düşüb. Bu barədəLent.az-a məlumat verən yazıçı deyib ki, Türkiyənin nüfuzlu 1000kitap.com saytında yayımlanan siyahıda xarici ölkə yazıçılarının siyahısında 113-cü, ümumi siyahıda isə 338-ci yerdədir.

İlk üçlükdə Simon De Bavuar, Elif Şafak və Reşat Nuri Güntekin qərarlaşıb. “Ən populyar 1000 yazar” reytinqində əcnəbi yazarlar arasında daha çox müasir Amerika yazıçılarına rast gəlinir. Reytinqin ilk sıralarında Fyodor Dostoyevski, Viktor Hüqo, Con Steynbek, Cek London, Lev Tolstoy, Frans Kafka, Çarlz Dikkens, Emil Zolya, Ernest Heminquey kimi dünya şöhrətli klassik yazıçılarla yanaşı çağdaş dövrün Xalid Hüseyni, Dan Braun, Adam Fauer, Suzanna Kollinz, Paolo Koelyo, J.K.Roulinq, Qabriel Qarsia Markes, Joze Saramaqo kimi ən populyar yazarları da var.

2014-cü ilin martında İstanbulda map olunmuş “Son məktub” romanı “Ən populyar 1000 kitab” reytinqinə daxil olaraq reytinqdə 182-ci yerə yüksəlib.

İlk dəfədir ki, reytinqə azərbaycanlı yazıçının da adı daxil edilib.

Türk dilində nəşr edilmiş kitabların əhatə etdiyi (Türkiyə, Almaniya, Bosniya, Bolqarıstan, Şimali Kipr və s. ölkələrdən ibarət) böyük kitab bazarının tədqiqi ilə məşğul olan 1000kitap.com saytı populyar kitabların və yazıçıların reytinqlərini təqdim etmək üzrə ixtisaslaşıb.

“Ən populyar 1000 yazar”, “Ən populyar 1000 kitab”, eləcə də 1000 kitap.com saytında təqdim edilən digər – “Ən çox oxunan yazarlar”, “Ən çox oxunan kitablar” reytinqləri kitabların satış faizi, ekspertlərin qiymətləndirməsi, eləcə də oxucuların rəyləri əsasında formalaşır.

# 1929 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news