İtaliyada “Yarımçıq əlyazma”nın təqdimatı keçirilib

İtaliyada “Yarımçıq əlyazma”nın təqdimatı keçirilib
calendar 9 dekabr 2014
clock 16:24

Romada keçirilən XIII ənənəvi kitab yarmarkasında tanınmış yazıçı Kamal Abdullanın italyan dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanı kitabsevərlərə təqdim edilib.


Kitabın çap edildiyi “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Tetti çıxış edərək roman haqqında məlumat verib. Bildirib ki, Daniele Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün müəllifi məşhur yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru isə professor Mikele Bernardinidir.

Əsərin ədəbi-bədii keyfiyyətlərini təhlil edən Mikele Bernardini romanda müasir ədəbiyyatın mifik ənənələrlə əlaqəsinin ön plana çıxarıldığını, qədim oğuz cəmiyyətinin real, mənəvi kontekstdə təqdim olunduğunu bildirib.

Kitabın italyan dilində ərsəyə gəlməsinə yardımçı olanlara minnətdarlığını bildirən Kamal Abdulla bu əsərin italiyalı oxuculara təqdim olunmasından böyük qürur hissi keçirdiyini deyib. Nəşr haqqında məlumat verən yazıçı vurğulayıb ki, əsərdə klassik ədəbiyyatla mifologiya vəhdət təşkil edir.

Kamal Abdulla “Dədə Qorqud” hekayətlərinin əslində qədim Roma, yunan mifləri ilə üst-üstə düşən, səsləşən miflər olduğunu diqqətə çatdırıb. Bildirib ki, məhz bu bənzərlik xalqlarımız arasında qədim dövrlərdən mövcud olan əlaqələrin göstəricisidir.

Sonda müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. /AzərTAC/

# 1399 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news