Tərcümə Mərkəzinin əməkdaşları “Ain Şəms”də olublar

Tərcümə Mərkəzinin əməkdaşları “Ain Şəms”də olublar
calendar 27 yanvar 2015
clock 15:29

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları Fərid Hüseyn və Şahin Ələsgərov Misirin Ain Şəms Universitetinin “Ədəbiyyat” fakültəsində olublar. F.Hüseyn fakültənin dekanı Abdur-Raziq Bərakətə və müəllim heyətinə Tərcümə Mərkəzinin yaradılması və fəaliyyəti, Qarabağ həqiqətləri, Azərbaycan ədəbiyyatı və mədəniyyəti barədə geniş məlumat verib.

Fakültənin dekanı Abdur-Raziq Bərakət Misirdə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə xüsusi diqqət olduğunu vurğulayıb: “Biz çox sevinirik ki, Azərbaycan Tərcümə Mərkəzi 46-cı Beynəlxalq Qahirə Kitab Sərgisində iştirak edir. Sərgidən sonra kitablarınızı bizim fakültənin kitabxanasına bağışlayacağınız xəbəri bizim üçün olduqca sevindiricidir. Siz bizə ən müqəddəs hədiyyə sayılan kitab ərməğan edəcəksiniz. Universitetimizdə azərbaycanlı tələbələr çoxdur, onlar da sizin gəlişinizə çox şad oldular. Biz istərdik ki, Azərbaycan dilindən ərəb dilinə və ərəb dilindən Azərbaycan dilinə tərcümə ediləcək kitabların mütəxəssislər tərəfindən yoxlanılması və redaktəsini ən yüksək səviyyədə həyata keçirək. Bizim fakültəmizin istedadlı məzunları bu gün Misir ədəbi mühitində ən önəmli imzalardan sayılır. İstərdik ki, ədəbi-mədəni mübadilələrimiz genişlənsin və azərbaycanlı ədiblərin əsərləri tələbələrimizə və ədəbiyyatsevərlərə layiqli şəkildə təqdim olunsun”.

Daha sonra Mərkəzin əməkdaşları Ain Şəms Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb, universitetin kitabxanasıyla tanış olublar.

# 1043 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news