46-cı Qahirə Beynəlxalq Kitab Sərgisinin açılışı olub

46-cı Qahirə Beynəlxalq Kitab Sərgisinin açılışı olub
calendar 28 yanvar 2015
clock 17:29

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təmsil olunduğu 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub. Açılışda Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev, konsul Emil Rəhimov, Azərbaycan diasporunun üzvləri, Qahirə Universitetinin tələbələri və Mədəni İrsin İnkişafı üzrə “Halqa” təşkilatının nümayəndələri iştirak ediblər.

Sərgidə Azərbaycanı təmsil edən Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin stendini Misir Ərəb Respublikasının baş naziri İbrahim Məhləb, Misir Vəqflər naziri Məhəmməd Muxtar Cümə, Misir Mədəniyyət naziri Cabir Usfur, Misir Sənaye və Ticarət naziri Munir Fəxri və “əl-Ahram” qəzetinin idarə heyətinin sədri Əhməd Nəccar ziyarət ediblər. Misir Ərəb Respublikasının Baş Naziri İbrahim Məhləb Azərbaycan stendini ziyarət edərkən, ölkəmiz barədə fikirlərini bildirib: “46-cı Beynəlxalq Qahirə Kitab Sərgisində Azərbaycan ilk dəfə iştirak edir. Azərbaycan bizim üçün ən əhəmiyyətli ölkələrdəndir. Stendinizdə yer alan maraqlı nəşrlər diqqətimizi çəkdi. Sizə fəaliyyətinizdə uğurlar arzu edirik”.

Daha sonra səfir Şahin Abdullayev fikirlərini bölüşüb: “Çox sevindirici haldır ki, 46-cı Beynəlxalq Qahirə Kitab sərgisində Azərbaycan da iştirak edir. Bu sərgi dünyada Frankfurtdan sonra ikinci böyük kitab sərgisi hesab olunur. Azərbaycanın belə bir möhtəşəm sərgidə iştirakı təqdiredici haldır. Ölkələr və xalqlararası münasibətlərin qurulmasında, mədəniyyətin, ədəbi-mədəni mübadilələrin rolu danılmazdır. Kitab sərgiləri mədəniyyətlərin təbliğində böyük rol oynayır. Misir tərəfi bu sərgiyə ilk dəfə qatılan Azərbaycanın iştirakına böyük önəm verir. Gördüyünüz kimi baş nazir və digər nazirlər stendimizi ziyarət edib ölkəmiz haqqında dəyərli fikirlər bildirdilər. Arzu edirik ki, Tərcümə Mərkəzi Azərbaycanı gələcək illərdə də bu sərgidə təmsil etsin”.

Azərbaycanın sərgidə iştirakı, həmçinin, Misir On Tv, Nil Mədəniyyət telekanallarında və “Əl-Yaum Əl-Sabi” elektron-qəzetində də geniş işıqlandırılıb. Azərbaycan stendində Qarabağ həqiqətlərinə, dövlət və dövlətçiliyimizə aid kitablar, Tərcümə Mərkəzinin nəşrləri və ölkə nəşriyyatlarında çap edilən ən dəyərli nəşrlər nümayiş etdirilir. Xatırladaq ki, Beynəlxalq Qahirə Kitab Sərgisi dünyanın ən böyük Kitab Sərgilərindən hesab olunur.

# 1027 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news