Hansı ölkədə kişi fahişələr qadın fahişələrdən çoxdur?

Hansı ölkədə kişi fahişələr qadın fahişələrdən çoxdur?
calendar 3 aprel 2013
clock 07:30

Kulis.az oxuculara maraqlı faktlar və araşdırmaları təqdim edir:

Kişi fahişələrin qadın fahişələrdən 3 dəfə çox olduğu ölkə...

İsveçdə keçirilən sosial sorğuda ölkədə fahişəliklə məşğul olan kişilərin sayının qadınlardan çox olduğu ortaya çıxıb. Bu nəticə gənclər üzrə milli İsveç komissiyasını da çox təəccübləndirib.

Sorğuya görə, ölkədə 2,1 faiz kişi, 0,8 faiz qadın fahişəliklə məşğuldur. Fahişələrin orta yaş həddi isə 16-25 yaş arasıdır. Sosioloqlar hələ də vəziyyətə aydınlıq gətirə bilməyiblər. Ancaq güman edilir ki, kişi “fahişə”lər ölkədəki geylərdir. “Müştərilər” isə düşündüyünüz kimi yaşlı insanlar deyil, əksinə seks üçün pul xərcləməyə hazır olanlar yaşı 26-dan az kişilərdir.

Sadomazoxistlər üçün otel

Keçən ilin iyul ayında Almaniyada sadomazoxistlər üçün dünyada ilk otel açılıb. Hamburqda yerləşən otel mərkəzi küçələrdən birində yerləşir. Qırmızı kərpiclərlə tikilmiş binada cəmi iki otaq var. Otaqların birinin ortasında əlləri və ayaqları qandallamaq üçün sütun qoyulub. Tavandan isə müxtəlif sadomazoxist oyunlar üçün zəncirlər asılıb.

İkinci otaqda isə qandal və digər atributlarla zəngin dəmir yataq yerləşir. Hamam otağının özünəməxsusluqları var. Hamam həkim otağını xatırladır və sərt oyunlar üçün hər cür əşyalarla təmin edilib.

Otelin rəhbəri Timo Verhener deyir ki, oteldə qalmaq istəyən müştərilər bir neçə həftə əvvəldən müraciət edirlər. İş günləri gecəsi 130 evro olan oteldə istirahət günləri qalmaq üçün müştərilər 20 evro əlavə ödəməlidir. Qiymətlərin yüksək olmasına baxmayaraq, otelə maraq olduqca böyükdür.

Kişi cinsi orqanının barmaqla nə əlaqəsi var?

Koreyanın Qaçon Universitetinin tədqiqatçıları 144 kişinin uroloji əməliyyat vaxtı penislərinin ereksiyadan əvvəl və sonrakı ölçülərini, həmçinin barmaqlarının uzunluğunu ölçüblər. Məlum olub ki, işarə barmağı “üzük” barmağından qısa olan kişilərdə penis daha uzundur.

Universitetin professoru Tae Beom Kim bundan əvvəlki araşdırmasında işarə və üzük barmağı arasındakı fərqin seks hormonları olan estrogen və testesteron ilə arasında əlaqə olduğunu aşkara çıxarıb.

Bundan başqa, professor qeyd edib ki, barmaqların ölçü fərqi kişilərin xarakterini də açmağa ipucu verə bilir. Bu iki barmağın uzunluqları arasındakı fərqin az olduğu insanlar daha atletik və maskulin bədən formasına sahib olduqlarına görə, qadınların diqqətini daha çox cəlb edirlər. Daima diqqət mərkəzində olmaq isə həmin kişilərin karyera fəaliyyətində öz müsbət nəticələrini göstərir.

# 3544 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news