İsa Həbibbəylidən AYB-yə sərt ETİRAZ

İsa Həbibbəylidən AYB-yə sərt ETİRAZ
calendar 23 iyun 2014
clock 14:38

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin seçkili orqanlarına Naxçıvan Yazıçılar Birliyindən nümayəndə seçilməməsinə muxtar respublika yazıçılarının etiraz bəyanatına münasibət bildirib. Lent.az-a açıqlamasında İ. Həbibbəyli bildirib ki, Yazıçılar Birliyinin bütün regionlardakı bölmələrinin AYB-nin seçkili orqanlarında təmsil olunması Azərbaycan ədəbiyyatının bütövlüyünün ifadə olunması baxımından lazımlıdır: “Naxçıvan isə Muxtar Respublikadır. Orada Yazıçılar Birliyi fəaliyyət göstərir. Naxçıvanda Azərbaycanın bir çox tanınmış yazıçıları yaşayıb yaradırlar. AYB-nin seçkili orqanlarında Naxçıvan MR-in yaradıcı qüvvələrinin təmsil olunmaması heç cür doğru sayıla bilməz”.

İ.Həbibəyli qurultayda iştirak etsə də, bu məsələyə münasibət bildirməməsinə dair də fikirlərini açıqlayıb: “Doğrusu, qurultayın sonunda Ağsaqqallar Şurası və İdarə Heyətinin tərkibi elan olunan zaman bu məsələyə xüsusi diqqət yetirmək barədə düşünməmişdim. Ona görə də geniş tərkibli siyahıda kimin adının olub-olmamasına diqqət yetirilməsinə lüzum görmədim. Mən bu barədə AYB-nin qurultayı qurtarandan sonra xəbər tutdum. Onda isə artıq gec idi. Artıq qurultayın keçirildiyi “Azdrama”da çox az adam qalmışdı. 15-20 nəfər isə yeni seçilmiş rəhbərliyi səhnədə təbrik edirdi. Fikrimcə, AYB-nin bundan sonrakı ilk iclasında regional bölmələrin seçkili orqanlarda təmsil olunması məsələsinə yenidən baxılmalıdır. Naxçıvan YB-nin AYB-nin seçkili orqanlarında təmsil olunması zəruridir. Bu addım AYB-nin adına və işinə ancaq xeyir gətirər”.

# 2187 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news