Azərbaycan filmi BEYNƏLXALQ ARENADA

Azərbaycan filmi BEYNƏLXALQ ARENADA
calendar 30 iyun 2014
clock 13:46

“Azərbaycanfilm”də istehsalı yenicə başa çatmış “Axınla aşağı” bədii filmi 5-12 iyul tarixlərində keçiriləcək Karlovı Varı Beynəlxalq Film Festivalına dəvət olunub.

Kulis.az-ın məlumatına görə “Axınla aşağı” festivalın “East of the West” müsabiqə proqramında yer alıb . Proqrama 12 film daxil edilib. Beləliklə, 10 iyulda Çexiyanın Karlovı Varı şəhərində“Axınla aşağı” filminin dünya premyerası baş tutacaq.

“Axınla aşağı” psixoloji ailə dramıdır. Əsas hadisələr Mingəşevir Olimpiya İdman Mərkəzində cərəyan edir. İdman məşqçisinin ailəsində baş vermiş faciə nəticəsində filmin qəhrəmanı onu əhatə edən insanlara, ümumiyyətlə həyata yeni nəzərlə baxmağa başlayır.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu rejissor Asif Rüstəmov, operator Ayxan Salar, bəstəkar Xəyyam Mirzəzadə, icraçı prodüser Nadir Əliyev, baş prodüser Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.

Festivalın qonaqları sırasında Fanni Ardan, Mel Gibson, Laura Dern, Andrey Zvyagintsev, Asia Arcento olacaqlar.

Karlovı Varı Beynəlxalq Film Festivalı 1956-ci ildən fəaliyyət göstərir və FİAPF tərəfindən akreditə olunmuş “A” səviyyəli 12 festivaldan biridir. Festivalın əsas mükafatı “Büllur Kürə” ən yaxşı bədii filmə verilir.

# 1942 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news