Yazıçılar üçün KUKLA MÜSABİQƏSİ

Yazıçılar üçün <span style="color:red;">KUKLA MÜSABİQƏSİ
calendar 19 avqust 2014
clock 16:19

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı builki teatr mövsümünü sentyabrın 13-də “Qoğal” tamaşası ilə başlayacaq.

Kulis.az-a bu barədə məlumatı teatrın direktoru Rəşad Əhmədzadə verib.

Rəşad Əhmədzadə Rusiyadan dəvət edilən rejissor Eduard Qaydar və rəssam Tatyana Melnikovanın rus nağılı “Qoğal”ı daha əvvəl fərqli yozumda azərbaycanlı azyaşlılara təqdim etdiklərini və tamaşanın bəyənildiyini söyləyib:

“Sentyabrın 13-də uşaqlar “Qoğal”a tamaşa edəcək, sentyabrın 18-də isə Üzeyir Hacıbəylinin “O, olmasın bu olsun” marionet tamaşası baş rolu Rəhman Rəhmanovun ifasında Kukla Teatrınına gələn tamaşaçılara nümayiş etdiriləcək”.

Teatrın direktoru onu da bildirib ki, sentyabr ayından etibarən Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə müasir uşaq pyeslərinin hazırlanması üçün yazarlar arasında müsabiqəyə start veriləcək. Müsabiqədə qalib gələn pyes respublikanın bütün kukla teatrlarında səhnələşdiriləcək. Rəşad Əhmədzadə yeni teatr mövsümündə 7 Beynəlxalq Festivala dəvət aldıqlarını da qeyd edib.

10-19 sentyabr tarixlərində Şəkidə I Beynəlxalq Teatr Festivalının keçiriləcəyini də deyən Əhmədzadə sözügedən festivalda Kukla Teatrının da çıxış edəcəyini deyib.

Direktor Kukla Teatrının oktyabr ayında Həştərxanda keçirilən “Xəzər sahilləri” festivalında və Misirdə keçirilməsi nəzərdə tutulan ənənəvi kukla teatrı festivalında da iştirak edəcəyini vurğulayıb.

# 1619 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news