Əsgər Fərhadinin Oskar nitqi – MƏTN

Əsgər Fərhadinin Oskar nitqi – <span style="color:red;">MƏTN
calendar 28 fevral 2017
clock 10:12

Dünya şöhrətli iranlı rejissor Əsgər Fərhadi ikinci dəfə Oskar mükafatını qazanmaqla adını Federiko Fellini, Ernest İnqmar Berqman və Vittoio De Sikanın adları sırasına yazdırdı. O, xarici film nominasiyası üzrə iki dəfə Oskar mükafatını qazanan üç rejissor arasında yeganə müsəlman rejissordur.

Onun "Satıcı” filmi təqdim olunan nominasiya üzrə bütün rəqiblərini geridə qoyaraq, ona film sahəsində ən ali mükafat təkrar qazandırdı. Lakin iranlı rejissor özü istisna edilsə belə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donal Trampın müsəlmanların ABŞ-a girişini qadağan edən qanuna etiraz əlaməti olaraq mərasimə qatılmayıb. Mükafatı Fərhadinin mərasimdəki nümayəndələri məşhur iranlı kosmonavt Ənuşe Ənsari və NASA-nın iranəslli alimi Firuz Maykl Nadiriyə təqdim edilib. İlk Oskar mükafatını 2012-ci ildə "Ayrılıq” filmilə qazanan Əsgər Fərhadinin çıxışını həmyerlisi Ənuşe Ənsarı səsləndirib. Artkaspi.az Əsgər Fərhadinin çıxış mətnini təqdim edir.

"Bu dəyərli mükafatı ikinci dəfə almağım böyük iftixardır. Mən Akademiya üzvlərinə, filmin yaradıcı heyətinə, tərtibçi Aleksandr Male Giyə, yayımçılar "Kohen Media”ya və "Amazon”a dərin təşəkkürlərimi bildirirəm. Həmçinin xarici film nominasiyası üzrə yarışan digər namizədlərə də dəstəyə görə minnətdaram. Təəssüf edirəm ki, bu gün sizinlə birgə deyiləm. Mən öz xalqıma və Amerikaya girişinə qeyri-insani qanunlarla qadağa qoyulmuş digər altı ölkənin mühacirlərinə görə mərasimə gəlmədim.

Dünyamızın radikal siyasətçiləri tərəfindən "biz” və "bizə düşmən olanlar” kateqoriyasına bölünməsi qorxuya səbəb olur. Bu qorxu zorakılıqlar və müharibələr üçün yalançı bəhanədir. Müharibələr həmişə işğala məruz qalan ölkələrdə demokratiya və insan haqlarının bərpasına böyük bir maneə olub. Kinematoqraflar kameraların obyektivini ortaq insani dəyərlərə çevirməklə müxtəlif millətlərin, din və məzhəblər yaratdığı stereotipləri sındıra, onun ardınca dünya xalqlarının həmrəyliyini təmin edə bilərlər. Bizim bu gün mərhəmətə, dərdlərimizi bölüşməyə hər zamankından daha çox ehtiyacımız var”.

# 1179 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news