Musiqi mədəniyyəti tarixində ilk dəfə rok-opera yazılıb

Musiqi mədəniyyəti tarixində ilk dəfə rok-opera yazılıb
calendar 16 noyabr 2017
clock 12:42

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb.

İki il müddətində ərsəyə gələn “Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. Operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.

Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, ingilis, italyan, çex dilində mətnlər və eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeirləri də yer alıb.

Operanın müəllifi Rizvan Sədirxanov yeni əsərin öz marağının bəhrəsi olduğunu bildirib: “Hələ 40 il əvvəl əsərin ilk variantını dostum Azad Hacıyevlə işləmişdim. Həmin dövrdə 25 dəqiqəlik əsər populyar olmuşdu. Hətta ona caz variasiyalar da etmişdilər. Çox xoş oldu ki, nazir Əbülfəs Qarayevin təklifi ilə bu əsərin geniş və daha dolğun variantının hazırlanmasına göstəriş verildi. Ümid edirəm ki, əsər tamaşaya qoyulandan sonra ictimaiyyət və musiqisevərlər tərəfindən daha maraqla qarşılanacaq”.

Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.

Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur.

Bir saat 40 dəqiqəlik əsər Azərbaycan musiqisində yenilikdir. Çünki burada musiqinin bütün janrları yer alıb.

Rok-operanın 2018-ci ildə səhnələşdirilməsi nəzərdə tutulur.

AzerTac

# 1145 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news