Səid Rüstəmovun mahnılarından ibarət konsert keçiriləcək

Səid Rüstəmovun mahnılarından ibarət konsert keçiriləcək
calendar 19 fevral 2018
clock 15:55

Martın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə xalq artistləri Nəzakət Teymurova, Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Gülyanaq Məmmədova, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Anar Şuşalı, Almaz Orucova, Teyyub Aslanov, Zöhrə Abdullayeva, Ehtiram Hüseynov, tanınmış ifaçılar Nadir Qafarzadə, Sərxan Bünyadzadə, Xəyyam Nisanov və başqaları iştirak edəcəklər. Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın unudulmaz mahnılarını səsləndiriləcək.

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-60 manatdır.

Qeyd edək ki, “APA Holding” konsertin informasiya dəstəkçisidir.

# 1285 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news