Müasir İncəsənət Muzeyində üç rəssamın sərgisi açılacaq

Müasir İncəsənət Muzeyində üç rəssamın sərgisi açılacaq
calendar 13 iyul 2019
clock 10:07

İyulun 14-də Müasir İncəsənət Muzeyində bir–birindən tamamilə fərqlənən, lakin ruhən yaxın olan üç rəssam - Aida Mahmudova, Fərid Rəsulov və Niyaz Nəcəfovu birləşdirən “ЖИВОПИСЬ” adlı sərgi açılacaq.

Muzeydən bildirilib ki, layihənin hər bir iştirakçısı tanınan üslubu, surətlərin özünəməxsus unikal quruluşu və Abşeron rəngkarlıq məktəbi ənənələrinə əsaslanmasına baxmayaraq, təkrarolunmaz vizual dili ilə fərqlənir. Müəlliflərin emosional təcrübə müxtəlifliyi ilə sərgi ümumilikdə incəsənətə aktual baxışı təqdim edir və onun ifadə imkanlarını yeni tərzdə üzə çıxarır. Belə aktuallaşdırma cəhdi multimedia texnologiyalarının artan rolu və onların muzey sahələrində fəal tətbiqi fonunda xüsusilə maraqlıdır. Emosional dərinlik, inanılmaz xarici cazibə ilə özünü müşahidəyə meyillilik Aida Mahmudovanın mürəkkəb və çoxşaxəli əsərlərini fərqli edir. Rəssam özünün təhlil prosesini yaradıcı fəaliyyətə çevirir. Bu fəaliyyət müddətində öz ağrı nöqtələrinizə toxunmağa, unudulmuş lakin şüuraltı var olan situasiyaları yaşamağa nail olacaqsınız. Fərid Rəsulovun rəngkarlığı hiperrealizmə xitab edir amma ani olaraq, holland rəngkarlarının həyat, sevinc dolu əsərləri ilə əlaqəlilik hissi yaradır. Niyaz Nəcəfovun ifadəli, iddialı rəngkarlığı bir çox məqamlarda müəllifin həyat fəlsəfəsini əks etdirərək, öldürücü gülüşün elementləri ilə istehza və sarkazmın hüdudlarında qərarlaşır. Bütün hisslər gərgin, xüsusiyyətlər qabarıq və aydın təzahür edir. Dəhşətli olan tükürpərdici, gözəl olan isə valehedici olur. Əsərləri birləşdirən ümumi cəhət - yalnız yeni mənaların axtarışları və rəssamları maraqlandıran mövzuların əks etdirilməsi deyil, həmçinin təsvir obyektinə olan heyranlıq və bu hissin tamaşaçıya ötürülməsidir.

Sərgi avqustun 13-dək ziyarətçilər üçün açıq qalacaq./azertag.az/

# 2699 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news