Yazıçılar Birliyinin Mükafat Komissiyasının iclası olub

Yazıçılar Birliyinin Mükafat Komissiyasının iclası olub
calendar 6 dekabr 2012
clock 16:16

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Mükafat Komissiyasının ikinci iclası keçirilib.

Bakı Slavyan Universitetində baş tutan iclasda mükafat komissiyasının katibi Fərid Hüseynin çıxış edərək bildirib ki, mükafata böyük maraq var, hər gün yeni-yeni əsərlər təqdim olunur.

O, təqdim olunan əsərlərin siyahısını da açıqlayıb.

Mükafat Komissiyasının katibi yazıçı Kamal Abdulla təqdim olunanlar arasında çox sayda qiymətli əsərlərin olduğunu qeyd edib və hər bir komissiya üzvünün düzgün qərar çıxaracağına inandığını bildirib.

Komissiyanın üzvü şair Əjdər Ol da təqdim edilənlərin içində maraqlı nəsr əsərlərinin olduğunu vurğuladı.

Mükafat komissiyasının digər üzvü şair, tərcüməçi Səlim Babullaoğlu rəqabətin güclü olacağını qeyd etdi.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazarlara dəstək məqsədi ilə bəzi nominasiyalar üzrə mükafatlar təsis edib.

Mükafatlar iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yazılmış ən yaxşı əsərlərə veriləcək.

# 1539 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news