Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı qazax dilində

Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı qazax dilində
calendar 13 mart 2013
clock 11:52

Yazıçı Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı ABŞ, Rusiya, Fransa, Braziliya, Türkiyə, Misir və s. ölkələrdən sonra bu günlərdə Qazaxıstanda da işıq üzü görüb.

Kulis.Azın məlumatına görə əsər «Müasir nəsr dünyası» seriyasından «Qlasir» nəşriyyatında nəfis tərtibatla çap olunmuşdur. Giriş və ön sözün müəllifləri Beynəlxalq Türk Akademiyasının birinci vitse-prezidenti akademik D. Nur-Ahmet və məşhur rus tənqidçi-ədəbiyyatşünası L. Anninskidir.

D-r Nur -Ahmet «Yarımçıq əlyazma romanı haqqında» adlı giriş sözündə tük dünyasının ortaq dəyərləri, dünya mədəni irsinin incilərindən olan Dədə Qorqud dastanları və onların motivlərinin ədəbiyyatda yeni estetikayla işlənməsi məsələlərinə toxunulur, romanın uğurunu şərtləndirən amillər təhlil edilir.

Lev Anninskinin «Sözün qüdrəti: yarımçıqlıqdakı bütövlük» başlıqlı ön sözündə əsərin bədii özəllikləri, onun müasir ədəbi prosesdə tutduğu mövqe, müəllifin yazı manerası və üslubu ilə bağlı baxışları əks olunmuşdur.

Romanı qazax dilinə Kalimaş Baqalinova tərcümə etmişdir.

# 2414 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news