Məti Osmanoğlu: “AYB-də söyüşün banisi Fikrət Qocadır”

Məti Osmanoğlu: “AYB-də söyüşün banisi Fikrət Qocadır”
calendar 7 iyun 2013
clock 15:33

1988-ci ildən AYB üzvü, BDU-nun dosenti, filoloq-alim Məti Osmanoğlu Fikrət Qoca ilə Şərif Ağayar arasında yaşanan konfliktə, ikincinin oradan uzaqlaşdırılmasına kəskin münasibətini bildirib.

Modern.az-a verdiyi açıqlamada bir sıra maraqlı məqamlara toxunub. “Axır vaxtlar ictimai fikrin gündəliyində fəallaşan mövzulardan biri də Yazıçılar Birliyi ilə bir qrup gənc yazarlar arasında iplərin qopmasıdır. Qarşılıqlı ittihamlar, təhqirlər yenə ölçülərdən çıxmağa başlayıb... İşin ən əndazəsiz tərəfi isə budur ki, qarşı tərəfi təhqiramiz söz və ifadələr işlətməkdə ittiham edən tərəf də təhqir və söyüş terminologiyasından vaz keçə bilmir.

Xüsusilə ağsaqqal nəslin gənclərin ünvanına söyüş, qarşı tərəfi dinləmək əvəzinə, söyüşlə susdurmağa cəhd etməsi çox eybəcər görünür və burada heç kimə haqq qazandırmaq mümkün deyil: KİV-də kiminsə ünvanına təhqiramiz söz işlədilməsi, kiminsə heysiyyətinə toxunacaq ifadələrə yer verilməsi yalnız və yalnız təəssüf doğura bilər. Ancaq bir acı həqiqət var: Azərbaycan mətbuatında söyüş yazmağın, qarşı tərəflə təhqir dilində danışmağın banisi xalq şairi Fikrət Qocadır. Vaxtilə mənim ünvanıma yazdığı və ölkənin parlament qəzetində çap etdirdiyi, əxlaq ölçülərinə sığmayan hərzə-hədyanları onun özünün və Anar müəllim başda olmaqla ona havadar çıxanların yadına salmaq istəyirəm. Fikrət Qoca yazdıqlarını yadına salsın və vicdan əzabı çəksin, özündə ağsaqqallıq və insanlıq gücü tapa bilsə, hələ gec deyil, məndən və övladlarımdan üzr istəsin. Və gənclərin onun haqqında yazdıqlarına, dediklərinə dözümlə yanaşsın - axı hər kəsin elədiyi əməl bir gün qarşısına gəlir...”

# 2514 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news