Toy mahnısı sanırdıq, ilk dəfə eşşək üçün səsləndirilib

Toy mahnısı sanırdıq, ilk dəfə eşşək üçün səsləndirilib
calendar 5 fevral 2014
clock 08:45

205 il əvvəl fevral ayının 3-də Almaniyanın Hamburq şəhərində məşhur bəstəkar Feliks Mendelson anadan olub. O təkcə bəstəkar deyil, həm də dirijor, pianist idi. Yəhudi əsilli bəstəkar musiqidə romantizmin nəhəng nümayəndələrindən biri “Leypsiq məktəbi”nin nümayəndələrindən biri sayılır.

Onun məşhur mahnısı 150 ilə yaxın bir müddət ərzində demək olar ki, dünyanın bütün ölkələrində nikaha girənlərin “xeyir-duaçısıdır”.

Kulis.Az “Mendelson marşı” haqqında üç maraqlı faktı təqdim edir.

Marş “Yay gecəsində yuxu” pyesi üçün yazılmışdı

Mendelsonun 17 yaşı olanda Şeksprin komediyalarından biri üçün eyni adlı konsert uvertürası yazır. 15 il sonra isə Prussiya kralı Fridrix IV Vilhelmin sifarişi ilə ona daha 10 hissə əlavə edərək suitaya çevirir.

Məhz ilk dəfə “Yay gecəsində yuxu” suitasında tamaşaçılar “Mendelsonun nikah marşı”nı eşidirlər. Bu hadisə 14 oktyabr 1843-cü ildə Potsdam sarayında baş verir. Tamaşada musiqinin sədaları altında Eşşəklə tilsimlənmiş Titaniya evlənir.

Mendelsonun marşının sədaları altında ilk dəfə ingilis əyalətç adamları evləniblər

Alman bəstəkarının marşı Doroti Karyu və Tom Denielin nikah mərasimində səsləndirilib. Bu hadisə 2 iyun 1847-ci ildə 20 mindən az əhalisi olan Tiverton şəhərciyində Müqəddəs Pyotr kilsəsində baş verib.

Marş vəliəhd və prinsesin toylarından sonra məşhurlaşdı

25 yanvar 1858-ci ildə Londonda Sent-Ceyms sarayında təmtəraqlı nikah mərasimi baş tutur. İngilis prinsesi Viktoriya Adelaida Mariya Luiza (və ya sadəcə Viktoriya) 26 yaşlı Prussiya vəliəhdi III Fridrixə ərə gedir. Yeni evlilər kilsədən çıxanda Mendelson musiqisi səsləndirilir, bundan sonra marş geniş şöhrət qazanır. Nikah Fridrixin ölümünə qədər - 30 il davam edir. Evlilərin dörd oğlan, dördü qız səkkiz övladı dünyaya gəlir.

# 6418 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news