Özünü nasist adlandıran rejissorun başına nələr gəldi?  

Özünü nasist adlandıran rejissorun başına nələr gəldi?  
calendar 20 may 2014
clock 08:00

Kulis.az bu günlərdə davam etməkdə olan nüfuzlu Kann Film Festivalı haqda maraqlı faktları təqdim edir.

Kann Film Festivalı nasistlərin nəzarəti altına keçmiş Venesiya Film Festivalına alternativ olaraq yaradılmışdı.

Festivalın keçirilməsi üçün iki şəhər təklif edilirdi. Birincisi, Fransanın Atlantik okeanı sahilində yerləşən Biarriç şəhəri, ikincisi isə Aralıq dənizi sahilində yerləşən Kann şəhəri. “Günəşli və cəzbedici şəhər”in rəhbərliyi festivalın keçirilməsi üçün ən yaxşı yerləri təklif edib və buna görə də Kann üzərində dayanıblar.

Festivaldakı “qırmızı xalı”ının sahəsi min kvadrat metr təşkil edir. Xalı qəşəng görünsün deyə, onu gündə 3 dəfə dəyişirlər.

Birinci Kann Festivalı 1 sentyabr 1939-cu ildə açıldı. Sentyabr ayının seçilməsində məqsəd turistlərin diqqətini bura cəlb etmək idi. Amma bu plan baş tutmadı, çünki həmin gün İkinci Dünya Müharibəsi rəsmən elan edildi.

Festival təkrarən 7 il sonra, müharibə bitdikdən sonra, 1946-cı ilin sentyabrına açıldı. Şəhərin rəhbərliyi verdiyi vədi yetirə bilməmişdi hələ, ona görə də tədbir Kannda, bir kazinonun binasında baş tutdu.

1949-cu ildə isə Festivalın artıq şəxsi binası vardı.

1950-ci illərdə festivalın vaxtı payızdan yaza dəyişdirildi. Bu qərar turizm mövsümü ilə bağlı verilmişdi. Amma açıqlanmayan başqa bir səbəb var idi. Kann festivalı, Berlin və Venesiya festivalından sonra keçirilirdi və bir çox filmlərin premyerasını qaçırmalı olurdular.

Hər il festivalla bağlı bu şəhərə 200 min insan gəlir. Onların arasında turistlər, aktyorlar, prodüserlər, agentlər və digərləri olur...

10-12 gün çəkən Festival zamanı Kanndakı otellər özünün illik gəlirinin 15 faizini təmin edir.

1948 və 1950-ci ildə Kann festivalı pul çatışmadığına görə keçirilməyib. 1968-ci ildə bütün Fransanı əhatə edən tələbə hərəkatına görə festival yarımçıq dayandırılaraq təxirə salınmışdı.

Festivalda son illərin ən böyük qalmaqallarından biri Lars fon Triyerlə bağlı olub. Rejissor, “Melanxoliya” filminin mətbuat konfransında zarafatla özünü nasist adlandırıb. Bundan sonra festivalın rəhbərliyi Triyeri “persona non qrata” elan edib.

# 2456 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news