Məşhur müğənni: “Hər gecə azı 500 dəfə sevgidən ölürəm”

Məşhur müğənni: “Hər gecə azı 500 dəfə sevgidən ölürəm”
calendar 8 noyabr 2014
clock 09:30

Kulis.az məşhur fransız müğənnisi Edit Piafdan sitatları təqdim edir.

Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır.

Mən hamı üçün oxumuram, hər kəs üçün oxuyuram.

Mən hər gecə azı 500 dəfə sevgidən ölürəm.

Dinləyicilər istedadlı olan günlər həyat çox gözəl olur.

Artistlə publika görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun hərəkətilə ani olaraq yoxa çıxmalıdır.

Sevgi yoxa çıxanda onu ya qızdırmaq, ya da tullamaq lazımdır. Bu, sərin yerdə saxlanılası ərzaq deyil.

Sevgi yanğından sığortalanmır.

Mən sevgidən ölmürəmsə, mən ölməyə bir şey tapmıramsa, bax onda mən can verməyə hazıram.

Həyat ən yaxşı özünü öldürmə vasitəsidir.

Mən istəyirəm ki, "Etiraf"ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri kimi mənə də "o bağışlanacaq, çünki o sevirdi" desinlər.

Əgər kişinin əlləri qəşəngdirsə, o daxilən eybəcər ola bilməz. Əllər yalan danışa bilməz.

Hətta telefon məlumat kitabçası da elə oxumaq olar ki, bütün zal hönkür-hönkür ağlasın.

Mənim üçün oxumaq – bir qaçış vasitəsidir. Bu başqa dünyadır. Mən onda yer kürəsində olmuram.

Mən istəyirəm ki, insanlar hətta mənim sözlərimi başa düşməyəndə də ağlasınlar.

Mən tənhalıqdan qorxuram, o insanı səhər açılanda, yaxud axşam düşəndə yaxalayır. Həmin vaxtı insan həyatın mənasını, niyə yaşadığını sorğulamağa başlayır.

# 3640 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news