Ayaz Salayevin üzündəki kədər - HEKAYƏ

Ayaz Salayevin üzündəki kədər - <span style="color:red;">HEKAYƏ
calendar 1 sentyabr 2015
clock 13:30

Kulis Sevda Sultanovanın “Ayaz Salayev və ya Bir anın həqiqəti” hekayəsini təqdim edir.

Dünən kinostudiyanın həyətində Ayaz Salayevi gördüm. Xeyli arıqlayıb, hətta sınıxıb da deyə bilərəm. Tanımadığım, üz-gözündən, görkəmindən, kostyumundan-qalstukundan kino ilə heç bir əlaqəsi olmayan yaşlı bir kişi ərklə ona tapşırıq verdi: “Sabah filan vaxtda burda olarsan”.

Tanımadığım kişini Mel Gibsonun “İsa Məsihin əzabları” filmində İsanı çarmıxa çəkməyi tələb edən “massovka”dakılardan biri ilə müqayisə edə bilərəm.

Kişi maşına oturana kimi A.S. onun arxasınca baxdı. A.S.-in duruşunda, üzündə bütün ümidlərini itirmiş, əlacsız, köməksiz adamın vəziyyəti vardı. Lap yaxınlaşıb yanından ötəndə bir anlıq onun gözlərində ilişib qalan əzabı, məyusluğu sezdim.

Deyilənə görə, A.S-in sevdiyi filmlərdən biri “Mavi mələk”dir və o, özünü əsas qəhrəman professor Ratın prototipi sayır. Film 1930-cu ildə çəkilib. Alman rejissoru Jozef von Sternbergə məxsusdur.

İntellektual, ədəb-ərkanlı professor Rat müğənni Lolanın iblisanə cazibəsinin toruna düşür. Lola ona ərə gedir, sonra başqa kişilərlə flirt edir, dingildəşir, cikkildəşir, professor Ratı şou-biznesə sürükləyir, onu ziyalıdan müqavimətini itirmiş, iradəsiz klouna çevirir. Rat bütün gücünü toplayaraq vəziyyətinə etiraz edir, son nəfəsini şou biznes mühitində verməyi özünə təhqir bilir və nə vaxtsa dərs dediyi məktəbə gedərək orda canını tapşırır...

Hər halda hekayəmi Mədəniyyət Nazirliyinin kino şobəsinin tələblərinə uyğun olaraq “happy end”lə bitirmək istəyirəm. Kinoya baxışı, prinsipləri dəyişikliyə uğrayan A.S.-in gözlərindəki əzab onun kino sənəti ilə bağlılığını itirmədiyini göstərir. Demək ki, itirilməyən nələrsə hələ qalır.

# 1849 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news