Sankt-Peterburqda bəstəkar İsmayıl Hacıyevin konserti olub

Sankt-Peterburqda bəstəkar İsmayıl Hacıyevin konserti olub
calendar 19 fevral 2018
clock 17:07

“Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyəti” qurumu Azərbaycanın Əməkdar İncəsənət xadimi, bəstəkar və dirijor İsmayıl Hacıyevin “Sevgi yolları” adlı konsertini təşkil edib.

Sankt-Peterburq Millətlər Evində baş tutmuş konsertin proqramına İsmayıl Hacıyevin məhəbbət mövzusunda simfonik əsərləri daxil edilib.

Tamaşaçılar Azərbaycan bəstəkarının musiqisi ilə təmasda olmaqdan əlavə, həm də milli təamlarımızı dadmaq imkanı əldə ediblər. Konsertin təşkilatçıları tamaşaçılar üçün maraqlı müsabiqələr də nəzərdə tutublar.

İsmayıl Hacıyev Azərbaycan musiqisinin və muğamın məşhur populyarlaşdırıcısı, Niagara Music “İpək Yolu” Beynəlxalq Komitəsinin sədridir. Kanadada yaşayan bəstəkar Azərbaycanın tanınmış mədəniyyət xadimləri – görkəmli bəstəkar Cövdət Hacıyevin və əfsanəvi rəqqasə, baletmeyster Əminə Dilbazinin ailəsində anadan olub. İsmayıl Hacıyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və musiqi nəzəriyyəsi sinfini, daha sonra N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının opera-simfonik bölməsini fərqlənmə diplomu ilə bitirib. Onun Valeri Georgiyevlə birlikdə hazırladığı “Sülh Qızılgülü” adlı beynəlxalq sülh layihəsi Azərbaycan mədəniyyətinin populyarlaşdırılmasına xidmət edir./azertag.az/

# 1147 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news