AMEA-nın müxbir üzvü, professor Oqtay Əfəndiyev vəfat edib

AMEA-nın müxbir üzvü, professor Oqtay Əfəndiyev vəfat edib
calendar 27 fevral 2013
clock 10:49

APA-nın xəbərinə görə, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev vəfat edib.

Oqtay Əbdülkərim oğlu Əfəndiyev 26 mart 1926-cı ildə Bakı şəhərində anadan olub. Moskva Şərqşünaslıq İnstitutunda təhsil alan O. Əfəndiyev Səfəvilər (Qızılbaşlar) dövlətinin siyasi, ictimai-iqtisadi tarixini araşdırıb, bu dövlətin inkişafında Azərbaycan türklərinin aparıcı rolunu ilk dəfə dövrün müxtəlif fars dilli salnamələri və sənədləri əsasında üzə çıxarıb. Bununla da tarix elmində Səfəvi dövlətinə "İran dövləti" kimi ənənəvi baxışın yanlış olduğu sübut edilib.

XV-XVI əsrin bir sıra əlyazma mənbələrini ilk dəfə tədqiqata cəlb edən O. Əfəndiyev tarix elmində "İranlı Don Juan" adı ilə məşhurlaşmış Orucbəy Bayatın Azərbaycan türkü olduğunu təsbit edib və onun əsərini rus dilində çapa hazırlayıb. 7 cildlik "Azərbaycan tarixi"nin 3-cü cildinin (XII-XVIII əsrlər) məsul redaktoru və müəlliflərindən olub. 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

# 2324 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news