“Narkotik qəbul etmirəm, çünki özüm narkotik maddəyəm”

“Narkotik qəbul etmirəm, çünki özüm narkotik maddəyəm”
calendar 25 yanvar 2014
clock 08:45

Bu həftə məşhur italyan rəssam, heykəltəraş Salvador Dali dünyasını dəyişib. Dali deyəndə çoxumuzun ağlına onun uzun və ucu qıvrım bığları gəlir. Federiko Qarsia Lorka, Luis Bunyuel, Pepin Bello, Elena Rubinşteyn, Koko Şanel kimi incəsənət adamları ilə dostluq edən rəssam incəsənətin az qala bütün növlərində öz bacarığını nümayiş etdirməyi sevirdi. Bunyelin “Əndəlus köpəyi” filminə ssenari yazır, Alfred Hitçkokla “Uolt Disney” studiyalarında film çəkir, Ziqmund Freydi oxuyub şüuraltı qavramı anlamağa cəhd göstərirdi.

Kulis.az sürrealizm cərəyanının ən parlaq simalarından olan və məşhur “Sürrealizm mənəm” sözünün müəllifi Dalinin 10 məşhur rəsmi və sitatını təqdim edir.

Mənim əsərlərim həyat və qidadır, ət və qandır. Onlarda nə ağıl, nə də hiss axtarın.

Sürrealizm dağıdıcıdır; təxəyyüllümüzü məhdudlaşdıran bütün qandalları məhv edir.

Mən narkotik qəbul etmirəm. Mən özüm narkotik maddəyəm.

Hər səhər yuxudan oyananda yenidən fövqəladə həzz yaşayıram: Salvador Dali olmağın həzzini!

Mən həmişə başqalarının görmədiklərini görmüşəm, amma başqalarının gördüklərini heç vaxt görməmişəm.

Ölüm mənim köhnə dostumdur. Yəqin gələndə ona deyəcəm: "Oturun, dincəlin! Bəlkə şampan içək?”. Axı mən ürəyimin dərinliyində qorxağam.

Taleyə iki şeyə görə minnətdaram: Birinci - ispan olduğum, ikinci - Salvador Dali olduğum üçün.

Axmaqlar elə bilirlər ki, başqalarına verdiyim məsləhətlərə özüm də əməl edirəm. Yox, mən başqalarına qətiyyən oxşamıram.

Səhvlər həmişə müqəddəsdir. Onları düzəltməyə çalışmayın. Əksinə, onları başa düşməyə çalışın. Yalnız bundan sonra onları ucaltmağınız mümkün olacaq.

Dahi olmasan belə, özünü elə göstər...

# 2216 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news